Icma.az
close
up
RU
Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayəsi üzrə danışıqlar intensivləşib

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayəsi üzrə danışıqlar intensivləşib

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin Pakistana 2 milyard ABŞ dolları məbləğində sərmayə yatırmaq niyyəti ilə bağlı hər iki ölkənin nazirlikləri və texniki komandaları bu təşəbbüsün reallaşması üzərində intensiv şəkildə işləyir.

Bunu “Report”a açıqlamasında Pakistanın dəmir yolları üzrə dövlət naziri, Pakistan Milli Assambleyasının üzvü Bilal Azhar Kayani bildirib.

Onun sözlərinə görə, ticarət və investisiya sahəsində hələ də böyük istifadə olunmamış potensial mövcuddur: “Hər iki ölkə bu imkanlardan səmərəli istifadə etməyə, ticarət və investisiya əməkdaşlığını genişləndirməyə çalışır. Biz bu təşəbbüsləri konkret layihələrə çevirmək niyyətindəyik”.

Qeyd edək ki, bu kontekstdə Pakistanın Baş naziri Şahbaz Şərifin tapşırığı ilə Baş nazirin müavini və xarici işlər naziri İshaq Darın rəhbərliyi altında xüsusi komitə yaradılıb. Sərmayə planlarının həyata keçirilməsi üçün Komitə enerji və infrastruktur sahələrində konkret sazişlərin hazırlanması üzərində işləyir.

B. Kayani iki ölkə arasında mövcud siyasi və diplomatik münasibətlərin yüksək səviyyədə olduğunu da vurğulayıb: “Pakistan Azərbaycanın müstəqillik qazandığı gündən bəri daim onun yanında olub, Azərbaycan da eyni şəkildə Pakistana güclü dəstək göstərib. Bu qardaşlıq münasibətləri bizim əməkdaşlığımızın təməlini təşkil edir. Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycanla əlaqələrə ən yüksək səviyyədə önəm verir”.

O bildirib ki, ticarət və biznes sahəsində münasibətlər müsbət olsa da, tam potensial hələ reallaşmayıb: “Bu səbəbdən də yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artmaqdadır. Baş nazir tez-tez Azərbaycana səfər edir. O, bu ilin fevralında Bakıda olub və Azərbaycan Prezidentinin dəvəti ilə növbəti səfərini də planlaşdırır. Bu səfər çərçivəsində [iyulun 3-4-də Xankəndidə keçiriləcək] İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitində iştirak edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri