Azərbaycanın 2 milyard dollarlıq ixrac hədəfinin qarşısındakı risklər
Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafına təsir edə biləcək əsas risklər müəyyən edilib.
Marja.az-ın məlumatına görə, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda, risklər arasında dünya metal bazarlarında qiymətlərin yüksək dəyişkənliyi, beynəlxalq ekoloji tələblərin sərtləşməsi, Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizminin – CBAM-ın istehsal xərclərinə və ixrac imkanlarına təsiri, böyük ehtiyatlara və inkişaf etmiş emal sənayesinə malik ölkələrlə rəqabət və regional geosiyasi risklər göstərilir.
Bundan əlavə, qlobal iqtisadi artımın zəifləməsi nəticəsində metallurgiya məhsullarına tələbatın azalması, qabaqcıl emal texnologiyalarına çıxışın məhdudlaşması, su resurslarının məhdudluğu və iqlim dəyişikliklərinin istehsal proseslərinə mümkün təsiri də nəzərə alınıb.
Sektorun zəif tərəfləri sırasında bəzi yataqların geoloji öyrənilməsinin yetərli olmaması, metal filizlərinin emal dərinliyinin məhdudluğu, müasir texnologiyalar üzrə kadr çatışmazlığı, rəqəmsallaşmanın aşağı səviyyəsi və Azərbaycanın açıq dənizə birbaşa çıxışının olmaması səbəbindən əlavə logistika xərcləri qeyd edilir.
Digər tərəfdən, Filizçay və Söyüdlü kimi yataqların istismarı, strateji minerallara qlobal tələbin artması, Orta Dəhliz, sənaye parkları və xarici investisiyalar proqramda imkanlar kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 24 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















