Azərbaycanın peşə təhsili müəssisələrinin nümayəndələri Çində beynəlxalq uğura imza atıblar
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın peşə təhsili müəssisələrinin nümayəndələri Çinin Quançjou şəhərində keçirilən beynəlxalq Bacarıqlar üzrə Yarışda uğurlu nəticə əldə ediblər.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin elektronika ustası ixtisası üzrə məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzində dronların texniki xidməti və təmiri üzrə mütəxəssis ixtisasında təhsil alan Rauf Mirzəyev Çinin Quançjou şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində təşkil olunan Bacarıqlar üzrə Yarışda “Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti” kateqoriyası üzrə III yerə layiq görülüblər.
Ümumilikdə 34 üzv və müşahidəçi dövləti bir araya gətirən yarışın məqsədi bacarıqların inkişafı və texniki əməkdaşlığın təşviqi vasitəsilə AQEM-ə üzv və müşahidəçi dövlətlər arasında qarşılıqlı etimadın, əməkdaşlığın və insanlararası əlaqələrin gücləndirilməsidir. Yarış, həmçinin mütəxəssislər üçün bilik və bacarıqların artırılması, qabaqcıl təcrübə mübadiləsi, innovasiyaların təşviqi və qarşılıqlı öyrənmə baxımından mühüm platforma hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 06 İyul 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















