Icma.az
close
up
RU
Çində Azərbaycanın təqdimatı

Çində Azərbaycanın təqdimatı

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq CIFTIS sərgisində ölkəmizin investisiya və biznes potensialı nümayiş etdirilir

Azərbaycan Pekində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak edir. “Qlobal xidmətlər, ortaq rifah” devizi altında keçirilən bu ilki sərgidə 90-dan çox ölkədən 1300 şirkət, o cümlədən “Fortune Global 500” siyahısından 473 firma, habelə beynəlxalq təşkilatlar iştirak edir. Sentyabrın 13-dək davam edəcək sərgi çərçivəsində 200-ə yaxın forum, konfrans, digər biznes tədbiri keçiriləcək. Sərgidə informasiya və kommunikasiya, maliyyə xidmətləri və texnologiyalar, rəqəmsal və intellektual səhiyyə kimi sahələri əhatə edən 100-dən çox yeni məhsul və xidmət təqdim olunacaq. Əsas sərgi sahəsində süni intellekt, böyük dil modelləri və ağıllı agentlər də daxil olmaqla, xidmət ticarətinin 12 kateqoriyasını əhatə edən 140-dan çox innovasiya nümunəsi nümayiş olunur.

CIFTIS müxtəlif ölkələr arasında əlaqələri gücləndirmək və ticarət xidmətlərini genişləndirmək üçün vacib bir vasitədir. Bu platforma dünyanın müxtəlif ölkələri üçün yeni imkanlar və əməkdaşlıq yolları açır. Çinin Kommersiya Nazirliyinin məlumatına görə ilin ilk yarısında ölkənin xidmətlər ticarətinin həcmi 8,3 faiz artaraq 3,78 trilyon yuana (təxminən 563 milyard dolları) çatıb. CIFTIS Çin şirkətlərinin qloballaşmasından başqa, xarici şirkətlərin də Çin bazarına inamı ildən-ilə artır.

Azərbaycan şirkətləri vahid ölkə stendində

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə qurulan vahid ölkə stendində müxtəlif xidmətlər sahələrini təmsil edən 10 şirkətin xidmətləri təqdim olunur, milli brendlərimiz nümayiş etdirilir. Həmçinin, Azərbaycn pavilyonunda aqrar-sənaye, kənd təsərrüfatı, turizm, innovasiya, “yaşıl enerji” və digər sahələrdə ölkəmizin potensialını əks etdirən təşviqedici materillar da yer alır. Azərbaycan pavilyonunda əks etdirilən videoçarxlar, əyani materiallar və müxtəlif inforqrafikalar ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında tədbirdə iştirak edən xarici dövlət və biznes icmasında zəngin təəssürat yaradır.

Stenddə ölkəmizdə investorlara göstərilən xidmətlər və dəstək mexanizmləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında investorlar üçün yaradılan münbit şərait və təklif olunan imtiyazlar haqqında məlumatlar da yer alıb. “Made in Azerbaijan” stendində sərgi ziyarətçilərinə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar nümayiş olunur. Stenddə həmçinin Çindəki Ticarət evlərində nümayiş olunan yerli məhsullarımız da yer alıb. Qeyd edək ki, indiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycan Ticarət evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib. Ticarət evləri ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-yə yaxın məhsulun nümayış olunması, milli ixrac qabiliyyətinin imkanlarının təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-Çin iqtisadi əməkdaşlığının mühüm platforması

“Invest in Azerbaijan” ekspozisiya bölməsində ziyarətçilərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Neft Fondunun (DNF) fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual və çap materialları da  təqdim olunur. Bununla yanaşı, Azərbaycan-Çin iqtisadi əməkdaşlığının mühüm platforması kimi Çində fəaliyyət göstərən Azərbaycan Ticarət evləri xüsusi ziyarətçi kütləsi toplamaqdadır.

Stend Azərbaycanın beynəlxalq arenada xidmətlərini tanıtmaq və yeni əməkdaşlıq imkanları yaratmaq məqsədi ilə qurulub. Azərbaycan bu mühüm platformada ardıcıl 7 ildir ki, iştirak edir və xidmətlər sektorundakı uğurlarını və potensialını nümayiş etdirir.

Çin-Azərbaycan əlaqələrində yeni dövr

Sərgidə Azərbaycan nümayəndə heyəti və biznes icması ilə Çinin iqtisadi-ticari qurumlarının əməkdaşları arasında keçirilən görüşlər faydalı müzakirələrlə və mühüm anlaşmalarla yadda qalıb. Bildirilib ki, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətləri üçün də Azərbaycanın investisiya bazarını cəlbedici edir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.

Beləliklə, Pekində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi Azərbaycanın investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün yeni fürsətlər yaradır. Azərbaycan məhsullarının daha geniş təqdimatına və ixrac imkanlarının genişləndirilməsinə səbəb olacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri