Icma.az
close
up
RU
Azərbaycanın prezidentliyi ilə Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başlayıb FOTOLAR

Azərbaycanın prezidentliyi ilə Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başlayıb FOTOLAR

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 6-da Almaniyanın Leypsiq şəhərində Azərbaycanın prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti işə başlayıb. Builki sammit “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr edilib. İqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda bu mövzu böyük əhəmiyyət daşıyır. Avtosfer.az xəbər verir ki, açılış mətbuat konfransında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu il 20 illiyini qeyd edən Beynəlxalq Nəqliyyat Forumuna sadiq tərəfdaşlığa və tədbirin mükəmməl təşkilinə görə minnətdarlığını bildirib. Həmçinin bütün üzv ölkələrə və tərəfdaşlara fəal iştiraklarına və ortaq nəqliyyat gündəliyinin inkişafına göstərdikləri dəstəyə görə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan BNF-yə sədrliyi tərəfdaşlıq ruhunda həyata keçirərək təşkilatın daha güclü və inklüziv platformaya çevrilməsi istiqamətində fəaliyyət göstərib. Nazir əlavə edib ki, Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional fəaliyyətinin səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirilib, üzv ölkələrlə konstruktiv əməkdaşlıq nəticəsində İş Proqramı üzrə razılıq əldə olunub. Ölkəmizin BNF çərçivəsində konstruktiv və nəticəyönümlü əməkdaşlığa sadiq qaldığı vurğulanıb.

Sammit çərçivəsində “The Price of Resilience: Why It Pays, Why It’s Hard?” adlı açılış plenar iclası öz işinə başlayıb.

Açılış hissəsində Azərbaycanın zəngin mədəni irsini və müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda ölkəmizin tarixi, multikultural dəyərləri, sürətlə inkişaf edən şəhər infrastrukturu və nəqliyyat-logistika potensialı vizual olaraq təqdim edilib. Ardınca iştirakçılara Azərbaycanın milli musiqi ənənələrini əks etdirən musiqi proqramı təqdim olunub. Canlı ifada səsləndirilən milli musiqi nümunələri tədbirə xüsusi ab-hava qataraq qonaqlarda ölkəmizin mədəniyyətinə dair dərin təəssürat formalaşdırıb.

Plenar iclas nəqliyyat sektorunda dayanıqlılığın əhəmiyyətinə və onun iqtisadi sabitlik, əlaqəlilik və uzunmüddətli risklərin azaldılmasında oynadığı rola həsr olunub.

Tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun dialoq, praktik əməkdaşlıq və kollektiv irəliləyiş üçün əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusu infrastrukturun davamlı olması və dəyişən tələblərə uyğunlaşması üçün düzgün və balanslı investisiyaların əhəmiyyətini önə çıxarır. Bu prosesdə resursların düzgün bölüşdürülməsi və müasir texnologiyaların tətbiqi uzunmüddətli xərcləri azaldaraq nəqliyyat sistemlərinin effektivliyini artırmağın əsas yoludur.

Azərbaycanın sədrliyə daha praktik və nəticəyönümlü yanaşdığını deyən nazir diqqətə çatdırıb ki, strateji prioritetlərin konkret mexanizmlərlə dəstəklənməsinə xüsusi diqqət yetirilib. Sədrlik dövründə əsas istiqamətlər beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, BNF-nin inklüziv dialoq platforması kimi möhkəmləndirilməsi, siyasət çərçivələrinin təkmilləşdirilməsi, iştirakın genişləndirilməsi və institusional davamlılığın təmin edilməsi olub.
Sammit iştirakçılarına Azərbaycanın nəqliyyat sektorunun dayanıqlılığını və səmərəliliyini artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Orta Dəhliz üzrə əsas infrastruktur layihələri barədə də məlumat verilib. Bildirilib ki, infrastrukturla yanaşı, rəqəmsal sistemlərə də ciddi investisiyalar yatırılıb. Bütün bu addımlar nəqliyyat investisiyalarının uzunmüddətli dəyər yaratmasını və dayanıqlı iqtisadi inkişafı dəstəkləməsini təmin etmək məqsədi daşıyır.

Sammit çərçivəsində Beynəlxalq Nəqliyyat Forumu tərəfdaşlarının məhsul, xidmət və innovativ təşəbbüslərinin təqdim olunduğu sərgi də təşkil edilib. Sərgidə Azərbaycan milli stendlə təmsil olunur.

Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yonq Te Kim, Almaniyanın federal nəqliyyat naziri Patrik Şnayder, eləcə də sammitdə iştirak edən digər nazirlər və nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar.

Ziyarətçilərə ölkəmizin nəqliyyat sektorunda əldə etdiyi mühüm nailiyyətlər və perspektivli təşəbbüslər barədə ətraflı məlumat verilir. Bu təqdimat müxtəlif ölkələrin rəsmiləri, beynəlxalq investorlar və texnologiya ekspertləri ilə birbaşa əlaqələrin qurulmasına, həmçinin innovativ həllərin yerində araşdırılmasına əlverişli imkan yaradır.

Günün sonunda Azərbaycan adından iştirakçılara ölkəmizin zəngin mədəni irsini, milli musiqisini və rəqs nümunələrini əks etdirən bədii proqram təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 May 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri