Icma.az
close
up
RU
Beynəlxalq Nəqliyyat Forumunun Sammitində mühüm qərarlar qəbul olundu FOTOLAR

Beynəlxalq Nəqliyyat Forumunun Sammitində mühüm qərarlar qəbul olundu FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Leypsiq şəhərində Azərbaycanın Prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti davam edir.

"Unikal" xəbər verir ki, tədbirin ikinci günündə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə Nəqliyyat Nazirləri Şurasının 18-ci iclası keçirilib.

İclasda yaxın illər üçün daha səmərəli və dayanıqlı nəqliyyat sistemlərinin inkişafına dair konkret nəticələr əldə olunub. Belə ki, iki siyasət tövsiyəsi qəbul edilib.

Birinci tövsiyə beynəlxalq yükdaşımalarının rəqəmsallaşdırılmasını nəzərdə tutur və beynəlxalq nəqliyyatın daha sürətli, şəffaf və dayanıqlı olmasına yönəlib. İkinci tövsiyə isə şəhər nəqliyyatının inkişafına həsr olunub. Onun əsas məqsədi yalnız səmərəli deyil, eyni zamanda inklüziv və dayanıqlı şəhərlərin qurulmasıdır. Siyasət tövsiyələri ilə yanaşı, nazirlər Qana, Panama və Perunun təşkilata yeni üzv kimi qəbulunu da təsdiqləyiblər.

Bu nailiyyətlər Azərbaycanın sədrliyi dövründə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Şuranın iclasından sonra nazirlərin rəsmi mətbuat konfransı təşkil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müzakirələrin nəticələri və qəbul edilən qərarlar barədə məlumat verib.

Bildirilib ki, Azərbaycanın BNF prezidentliyi dövründə beş əsas prioritet istiqamət müəyyən edilib və bu istiqamətlər üzrə əldə olunan nəticələr açıqlanıb.

Bu prioritetlərə beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi və rəqəmsallaşdırılması, Forumun daha inklüziv platforma kimi inkişaf etdirilməsi, sərhədlərarası daşımaların sadələşdirilməsi, şəhər nəqliyyatının səmərəliliyinin artırılması, həmçinin bilik mübadiləsi və institusional əməkdaşlığın genişləndirilməsi daxildir.

Leypsiq şəhərində “İnkişafın sütunları – idarəetmə, innovasiya və əməkdaşlıq” mövzusunda nazirlərin açıq görüşü də təşkil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, idarəetmə, innovasiya və əməkdaşlıq kimi üç əsas sahəyə həsr olunan tədbir geniş fikir mübadiləsi üçün mühüm platformadır. Azərbaycanın sədrliyi dövründə bu istiqamətlər üzrə konkret addımlar atılıb, institusional proseslər gücləndirilib, rəqəmsallaşma və şəhər nəqliyyatı sahəsində müzakirələr genişləndirilib, üzv və tərəfdaşlar üçün açıq və inklüziv dialoq mühiti təmin olunub.

Aparılan müzakirələr idarəetmə, innovasiya və əməkdaşlığın təcrübədə daha effektiv şəkildə uzlaşdırılması üçün yeni imkanlar yaradır. BNF Sammitinin ikinci günündə, həmçinin Azərbaycanın təşəbbüsü ilə prezidentliyin media brifinqi də təşkil olunub. Azərbaycan nümayəndə heyəti beynəlxalq media nümayəndələrinə görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, bu müddət ərzində nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, dayanıqlı və innovativ həllərin təşviqi istiqamətində vacib addımlar atılıb. Azərbaycan Forum çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edərək beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə töhfə verib.

Ümumilikdə ölkəmiz nəqliyyat sistemlərinin daha səmərəli və dayanıqlı inkişafına yönələn təşəbbüslərlə çıxış edib.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 May 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri