Icma.az
close
up
RU
Azərbaycanın qaldırdığı məsələlər qlobal gündəmin formalaşmasına təsir edir ŞƏRH

Azərbaycanın qaldırdığı məsələlər qlobal gündəmin formalaşmasına təsir edir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 iyul, AZƏRTAC

Yeni Kaledoniya ilə Fransa arasında əldə olunan son razılaşma layihələri və bu istiqamətdə atılan addımlar uzun illərdir müstəmləkəçilik əsarətində yaşamış kanak və digər yerli xalqların yeni tarixinin başlanğıcı olmaqla yanaşı, həm də bəzi önəmli amilləri özündə ehtiva edir. Uzun illərdir ki, müstəmləkəçilikdən əziyyət çəkən millətlərin üzləşdiyi çətinliklər Fransa kimi, digər Qərb dairələrinin də diqqətindən kənarda qalır, məsələlərə əksər hallarda biganə yanaşılır, həmin xalqların haqq səsi batırılırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ülviyyə Zülfiqar söyləyib.

O bildirib ki, Azərbaycan qlobal platformalarda unudulmaqda olan, görməzdən gəlinən bu haqsızlıqları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Prezident İlham Əliyevin COP29-un açılışındakı çıxışında müstəmləkəçilik və hələ də müstəmləkə əsarətində qalan xalqların problemlərinə birbaşa toxunması bu məsələlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynadı. Azərbaycan bu addımı ilə yalnız regionda deyil, qlobal miqyasda da ədalət və bərabər hüquqlar uğrunda çıxış edən dövlət mövqeyi sərgilədi. Ölkəmiz nümayiş etdirdi ki, qlobal miqyasda hər zaman haqlı olanın, haqlı olsa da, zəif olduğu üçün əzilənin və ədalətin tərəfindədir.

“Azərbaycanın təşəbbüsləri və qabartdığı problemlərdən dolayı beynəlxalq ictimaiyyətdə formalaşan təzyiqlər Fransa rəhbərliyini məsələyə diqqət ayırmağa vadar etdi. Prezident Emmanuel Makronun Yeni Kaledoniya ilə danışıqlarda kompromisə hazır olmaqla bağlı mövqe nümayiş etdirməsi, nəticə etibarilə əldə edilən razılaşmaları Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin nəticəsi, yəni, uğuru kimi qiymətləndirmək olar.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibidir. Azərbaycanın qaldırdığı məsələlər qlobal gündəmin formalaşmasına təsir göstərir və müstəmləkəçilik kimi həssas, ədalət tələb edən mövzulara dünya miqyasında diqqətin artmasına, real nəticələrin əldə olunmasına zəmin yaradır. Bu da Azərbaycanın beynəlxalq aləmdə artan diplomatik çəkisini və həlledici gücünü nümayiş etdirən mühüm nümunədir”, - deyə Ü. Zülfiqar söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri