Bu Azərbaycanın qlobal imicinə müsbət təsir göstərir ŞƏRH
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Azərbaycan Baş naziri Əli Əsədovla Somali xarici işlər nazirinin görüşü təsadüfi və ya simvolik diplomatik jest deyil. Bu, Azərbaycanın çoxqütblü beynəlxalq münasibətlər sistemində manevr imkanlarını genişləndirmək cəhdinin növbəti ifadəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, Afrika, xüsusilə də Somali kimi geostrateji əhəmiyyətə malik, Qırmızı dəniz və Hind okeanı keçid yollarına yaxın olan ölkələrlə münasibətlər Azərbaycanın Cənubi Qafqaz regionundan kənara çıxmaq və qlobal güc mərkəzləri ilə daha çevik siyasət yürütmək istəyini göstərir:
“Bu, Azərbaycanın yalnız Avropa və Asiya ilə deyil, həm də Afrika ilə çoxşaxəli əlaqələr qurmaq niyyətindən xəbər verir. Beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatında Azərbaycanın mövqeyinin gücləndirilməsi üçün bir səslə daha çox ölkənin arxasında dayanması həyati önəmlidir. Somali kimi dövlətlərlə qurulan dostluq münasibətləri, səsvermələr zamanı Azərbaycanın lehinə çıxışların sayını artıra bilər. Azərbaycan bu cür əlaqələrlə özünü yalnız enerji ölkəsi kimi deyil, həm də humanitar, dini-mədəni həmrəylik və inkişaf tərəfdaşı kimi təqdim edir. Bu isə Azərbaycanın qlobal imicinə müsbət təsir göstərir. Somali ilə əlaqələr bu yöndə yumşaq güc alətlərinin işə salınması üçün platforma yaradır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu tədbirlərin hər biri ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir ŞƏRH EDİLDİ
01 Oktyabr 2025 13:05
WUF13 Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək Ekspert rəyləri
06 May 2026 14:51
WUF13 Azərbaycanın strateji gücünü göstərir ŞƏRH
20 May 2026 09:34
“Bu, Azərbaycanın mövqeyinin güclənməsinə ciddi təsir göstərir”
29 Yanvar 2026 18:14
“Bu, Azərbaycanın artan rolunun qlobal miqyasda qəbul edildiyini praktik formada göstərir” ŞƏRH
18 Avqust 2026 15:52
Baxış sayı:163
Bu xəbər 25 İyul 2025 19:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları