Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxmasından iki il ötür
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İki il əvvəl, 2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.
Oxu.Az xatırladır ki, bu barədə qondarma separatçı quruma rəhbərlik edən Samvel Şahramanyan "qərar" verib.
"Qərar"da göstərilirdi ki, qondarma rejimin bütün "qurum" və "təşkilat"larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq.
Həmin vaxt Şahramanyan erməniəsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəmişdi.
Bu "qərar"dan əvvəl, 2023-cü il sentyabrın 19-20-də isə lokal xarakterli antiterror tədbirləri keçirilmiş, Azərbaycan dövlət suverenliyini bərpa etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















