Icma.az
close
up
RU
Azərbaycanın qaz satdığı 12 ÖLKƏ SİYAHI

Azərbaycanın qaz satdığı 12 ÖLKƏ SİYAHI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərinin 3-cü iclası keçirilir. İclasda 24 ölkə, o cümlədən, Azərbaycan və Avropa İttifaqı, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti, eləcə də, nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü 2015-ci ilin fevral ayından keçirilir. O vaxtdan bu tədbir Avropanın enerji təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli qərarların qəbulu üçün əsas platforma rolunu oynayır. Bu görüşlərin hər birində getdikcə daha çox Avropa ölkəsi Azərbaycandan qaz almaqda və ya nəql olunan həcmləri artırmaqda maraqlı olduğunu açıqlayıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.

Modern.az-ın məlumatına görə, bu gün Azərbaycan 12 ölkəyə qaz satır.

2024-cü ildə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr Türkiyəyə, 2,4 milyard kubmetrdən çox isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.

Azərbaycanın qaz ixrac etdiyi ölkələr aşağıdakılardır:

- Türkiyə

- Gürcüstan

- İtaliya

- Yunanıstan

- Bolqarıstan

- Rumıniya

- Macarıstan

- Serbiya

- Sloveniya

- Xorvatiya

- Şimali Makedoniya 

- Slovakiya.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see414

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see327

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see322

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see261

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see257

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see229

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see198

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see197

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see179

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see177

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see175

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see164

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see162

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see161

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see158

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri