Icma.az
close
up
RU
Azərbaycanın qaz satdığı 12 ÖLKƏ SİYAHI

Azərbaycanın qaz satdığı 12 ÖLKƏ SİYAHI

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərinin 3-cü iclası keçirilir. İclasda 24 ölkə, o cümlədən, Azərbaycan və Avropa İttifaqı, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti, eləcə də, nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü 2015-ci ilin fevral ayından keçirilir. O vaxtdan bu tədbir Avropanın enerji təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli qərarların qəbulu üçün əsas platforma rolunu oynayır. Bu görüşlərin hər birində getdikcə daha çox Avropa ölkəsi Azərbaycandan qaz almaqda və ya nəql olunan həcmləri artırmaqda maraqlı olduğunu açıqlayıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.

Məlumata görə, bu gün Azərbaycan 12 ölkəyə qaz satır.

2024-cü ildə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr Türkiyəyə, 2,4 milyard kubmetrdən çox isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.

Azərbaycanın qaz ixrac etdiyi ölkələr aşağıdakılardır:

- Türkiyə

- Gürcüstan

- İtaliya

- Yunanıstan

- Bolqarıstan

- Rumıniya

- Macarıstan

- Serbiya

- Sloveniya

- Xorvatiya

- Şimali Makedoniya

- Slovakiya.

Modern.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri