Icma.az
close
up
RU
Azərbaycanın qələbəsi diplomatiya meydanında davam edir ŞƏRH

Azərbaycanın qələbəsi diplomatiya meydanında davam edir ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb.

Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.

Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A Haber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “Türkiye Gazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb.

Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib.

Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Vətən müharibəsində qazanılmış qələbənin beşinci il dönümü münasibəti ilə Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın dünyanın aparıcı mediya qurumlarında, beynəlxalq mətbuatda yayımlanması da Azərbaycanın növbəti qələbələrindəndir:

"Bu, ölkəmizin dünyanın diqqətində olduğunun təsdiqidir. Türkiyə və Pakistanın liderlərinin də iştirak etdiyi paradda səsləndirilən təbriklər, mesajlar bu dövlətlərin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir. Eyni zamanda bəzi mənfur qüvvələr bu birlikdən həm də narahatdır. Üç müsəlman dövlətinin bu səviyyədə birlik nümayiş etdirməsi bu birliyi istəməyənlərə də gözdağı verdi. Bu Zəfər Azərbaycanı bütün dünyada qüdrət və ədalət sahibi olaraq tanıtdı. Ümumiyyətlə Azərbaycan Qarabağ məsələsinin həlli zəminində bir neçə qələbə qazanıb. Döyüş meydanındakı qələbədən sonra siyasət, diplomatiya meydanında da qələbə qazanıb. Qalib gəlmək asandır, amma qələbəni qorumaq, əldə saxlamaq çətindir. Azərbaycan məhz bunun da öhdəsindən gələrək qələbəni qoruyub saxlayıb. Sonuncu, ən mükəmməl qələbə isə düşmənin sülhə məcbur edilməsi, bir daha təcavüz niyyətinə düşməsi ehtimalının minimuma endirilməsidir. Yəni, bu son 5 ildə sözü gedən qələbələrin əldə edilməsi möhtəşəm nailiyyətdir.

Xalqın birliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, ordunun qüdrəti, rəhbərin yüksək liderlik qabiliyyəti və müdrik siyasəti vəhdət təşkil edərək bu Qələbəni gerçəkləşdirdi. Bununla yanaşı Türkiyə və Pakistan kimi etibarlı müttəfiqlərindən mənəvi, siyasi dəstək aldı və bu dəstək davam edir. 

Bu qələbə təkcə torpaqların işğaldan azad edilməsi deyil, həm də dövlətimizin dünyada nüfuzunun, qüdrətinin artmasının təsdiqidir. Bu şanlı zəfərin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dərin və uzaqgörən, müdrik siyasəti əsas yol oynadı. Ordumuzu müasir formada gücləndirib beynəlxalq aləmdə elə balanslı, elə təmkinli siyasət yürütdü ki, təhdidlər və maneələr neytrallaşdı, qələbə əldə edildi. Sonra qələbənin tamamlanması, qorunması, sülhə doğru proseslərin aparılması mərhələsində də səmərəli işlər görüldü və o da təmin olundu. Bütün bu nailiyyətlər xalqımızın birliyi, vəhdəti və dəstəyi sayəsində baş tutdu. Beynəlxalq aləmdə, bütün dünyada Azərbaycanın gücünü göstərdi və bir sıra dünya ölkələrinin diqqətini ölkəmizə çəkdi. Nəticədə ədalətli və güclü dövlət kimi Azərbaycanla yeni əlaqələr, münasibətlər qurmaq istəyən, hərbi, iqtisadi, ticari, siyasi əlaqələrə can atan ölkələrin sayı artmağa başladı".

Amalitik əlavə edib ki, bu zəfərin təntənə ilə qeyd edilməsinin dünya mediasında geniş nümayiş etdirilməsi, ölkəmizin bir daha dünyaya təqdim edilməsidir ki, bundan da böyük töhfə ola bilməz:

"Qələbə əldə edilsə də bəziləri regionda hələ də gərginliyin qalacağını düşünürdü və ya bunu yaratmağa cəhd edirdi. Lakin Prezident İlham Əliyevin siyasəti nəticəsində problem kökündən həll edildi, Vaşinqtonda sülh bəyanatı paraflandı. Hər iki tərəfin razılığı ilə münasibətlərin normallaşdırılmasına doğru addımlar atıldı. Nəticədə mənfi niyyətlər siya düşdü və məkrli qüvvələrin nəzərdə tutmuş olduğu gərginlik ehtimalı sıfıra endi. Bu nəticəni də dünya birliyi gördü və beynəlxalq aləm reallığı qəbul etdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri