Icma.az
close
up
RU
Xankəndidən Xocalıya Suveren Azərbaycanın tam qələbəsi ŞƏRH

Xankəndidən Xocalıya Suveren Azərbaycanın tam qələbəsi ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan dövlətçilik tarixində son illərin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, işğaldan azad olunmuş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı xüsusi günün təsis edilməsidir. 2024-cü ilin 18 sentyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il 20 sentyabr tarixi bu şəhərlərin günü kimi təntənəli şəkildə qeyd olunur. Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu tarixi günü bayram əhval-ruhiyyəsi ilə qarşılayır və onu dövlət suverenliyinin bərpasının, milli iradənin təntənəsinin rəmzi kimi dəyərləndirir. Bu günün təsis edilməsi təsadüfi deyil. Qarabağın azad olunması yolu ilə gələn qələbə uzun və məşəqqətli bir mübarizənin nəticəsidir. Üç onillik işğal, yüzlərlə minlərlə soydaşımızın didərgin həyatı, minlərlə şəhidin canı və qanı bahasına əldə edilən bu möhtəşəm Zəfər Azərbaycan dövlətçiliyinin ən parlaq səhifəsinə çevrildi. 20 sentyabr – yalnız xronoloji bir tarix deyil, həm də bütün xalqımızın iradəsinin, gücünün, mübarizliyinin və döyüş əzminin canlı təcəssümüdür.Azərbaycan Prezidentinin siyasi iradəsi, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi qətiyyəti bu tarixi dönüşün əsas aparıcı qüvvəsi oldu. O, dəfələrlə çıxışlarında vurğulayıb ki, Prezident seçildiyi ilk gündən qarşısına qoyduğu ən böyük vəzifə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğal altındakı torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması idi. 2023-cü il 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızın dalğalanması bu vədin gerçəkliyə çevrildiyi andır. İlham Əliyevin həmin tarixi çıxışında söylədiyi “Hər birimiz, hərə öz yerində, öz işi ilə bu günü yaxınlaşdırmalıdır” sözləri, əslində, bütün xalqın bir amal uğrunda birləşdiyini göstərirdi.Azərbaycanın tarixi zəfəri yalnız 44 günlük Vətən müharibəsi ilə yekunlaşmadı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Ermənistan silahlı dəstələrinin tör-töküntülərini də tam zərərsizləşdirdi. Beləliklə, Qarabağda dövlət suverenliyimizin bərpası təmin olundu. Bu prosesin məntiqi nəticəsi kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü təsis edildi.

Bu tarixi günün qeyd olunması həm də simvolikdir. Çünki məhz həmin torpaqlar uzun illər ərzində düşmən tərəfindən separatçılıq mərkəzinə çevrilmişdi. Azərbaycan dövlətinin qətiyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi sayəsində bu separatçı ocaqlar birdəfəlik söndürüldü.2023-cü il 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağının qaldırılması mərasimində Prezident İlham Əliyev tarixi bir nitq söylədi. Onun sözləri yalnız siyasi bəyanat deyil, həm də 30 illik mübarizənin yekunu kimi qəbul edildi. O dedi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq əmin idik ki, bu gün gələcək”.Bu çıxış Azərbaycanın milli yaddaşına qızıl hərflərlə yazıldı. Çünki həmin andan etibarən Qarabağda yeni dövr başladı – dövlətçiliyin, quruculuğun, bərpa və inkişafın dövrü.2023-cü il noyabrın 8-də isə Azərbaycan xalqı növbəti möhtəşəm hadisəyə şahid oldu. Xankəndidə Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu parad düşmən üzərində tam qələbənin və Azərbaycanın regionda yeni güc mərkəzi kimi mövqeyinin nümayişi idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti Xankəndidə addımlayaraq bütün dünyaya bəyan etdi ki, bu torpaqların yeganə sahibi Azərbaycan xalqıdır.

Prezident İlham Əliyev həmin çıxışında qeyd etdi ki, “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi.” Zəfərin ardınca Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin sürətli inkişafı istiqamətində mühüm qərarlar qəbul etdi. 2023-cü il noyabrın 28-də imzalanan sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradıldı. Bu ali təhsil ocağı yalnız bir universitet deyil, həm də Qarabağın gələcəyini formalaşdıracaq beyin mərkəzidir. Burada yetişəcək kadrlar həm regionun iqtisadi potensialının reallaşdırılmasına, həm də sosial-mədəni inkişafına xidmət edəcəkdir.Eyni zamanda, 2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdərə rayonu təsis olundu. Bu, həm tarixi ədalətin bərpası, həm də inzibati idarəçiliyin səmərəliliyini artırmaq baxımından mühüm qərardır. Ağdərə rayonu Qarabağın mərkəzində dövlət idarəçiliyinin gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyır.2023-cü il dekabrın 21-də isə idman ictimaiyyətimiz üçün unudulmaz bir hadisə baş verdi. Ağdamın “Qarabağ” futbol komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə meydana çıxdı. Prezident İlham Əliyev də həmin oyunu stadiondan izləyərək bu tarixi anı xalqla birlikdə yaşadı. Bu qarşılaşma yalnız futbol oyunu deyildi – bu, milli qürurun, qələbənin və dövlət suverenliyinin idman arenasında təcəssümü idi.İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin ardıcıl səfərləri yeni reallığın əsas göstəricisidir. Xankəndidə hotel və konqres mərkəzlərinin açılışı, məktəblərin, teatrların, bağçaların bərpası, Zəfər parkının təməlqoyması – bütün bunlar Qarabağın qısa müddətdə necə dəyişdiyini göstərir.Xocavənddə Hadrut qəsəbəsində məscidin, inzibati mərkəzin, yolların və yeni yaşayış məhəllələrinin inşası, Xocalıda Soyqırımı Memorialının təməlqoyması, çoxmənzilli binaların təmiri, kəndlərin bərpası və Xankəndi ilə birlikdə Qarabağ Universitetinin yaradılması – bütün bunlar dövlətin gücünü və xalqın iradəsini nümayiş etdirir.Xocalı yalnız bir şəhər deyil, Azərbaycan xalqının yaddaşında ağrı və iztirabların rəmzidir. 2023-cü ildə burada Dövlət Bayrağımızın ucaldılması və daha sonra Soyqırımı Memorialının təməlqoyması tarixi ədalətin bərpasının göstəricisidir. Bu gün Xocalıda yeni evlər, yeni təsərrüfatlar, zavodlar açılır, insanlar doğma yurdlarına qayıdır.Ağdərə rayonu da yeni dövrdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Burada Suqovuşanda yaşayış kompleksləri istifadəyə verilib, məscid açılıb, kəndlərdə infrastruktur bərpa olunub. Bu, həm də dövlətin Qarabağın hər bir guşəsinə eyni diqqətlə yanaşdığını sübut edir. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqı üçün yalnız bir bayram deyil, həm də gələcəyə inamın, dövlətin gücünün, milli birliyin simvoludur. Bu gün hər bir azərbaycanlının ürəyində qürur, fəxr və minnətdarlıq hissi yaradır. Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin qətiyyəti, xalqın iradəsi və şəhidlərin qanı ilə yazılmış bu tarix, gələcək nəsillər üçün yol xəritəsi olacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri