Icma.az
close
up
RU
Azərbaycanın Qəzzada sülhməramlı kimi iştirakı mümkündür AÇIQLAMA

Azərbaycanın Qəzzada sülhməramlı kimi iştirakı mümkündür AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir. Bildirilib ki, sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, Qəzzadakı sülh planı çərçivəsində Azərbaycan da bu prosesdə iştirak edən ölkələr sırasındadır:

"Azərbaycan Prezidenti də xüsusi qonaq olaraq dəvət olunmuşdu və digər ölkə başçıları ilə yanaşı tədbirdə iştirak etmişdi. Orada prezidentə xüsusi ehtiram göstərildi, xüsusi protokol çərçivəsində əyləşdirildi və onunla maraqlı söhbətlər aparıldı. Mən fotolarda gördüyüm qədərilə, məsələn, Azərbaycan Prezidentinin yeri İtaliya nümayəndəsindən daha ön sırada idi. Hətta Donald Tramp şəxsən özü dönərək prezidentlə söhbət etdi və s. Yəni Azərbaycana orada müəyyən mənada xüsusi bir yanaşma, bir ayrıcalıq göstərildi. Bu da, əlbəttə ki, Azərbaycanın Türkiyə ilə olan müttəfiqliyinin xüsusi rolu ilə bağlıdır".

Politoloq əlavə etdi ki, Azərbaycanın ABŞ ilə, xüsusilə də indiki Ağ Ev administrasiyasının rəhbərliyi ilə olan münasibətləri, eyni zamanda Misir və Səudiyyə Ərəbistanı kimi aparıcı ərəb dövlətləri ilə yaxın əlaqələri və Qətərlə dost münasibətləri də burada mühüm rol oynayır:

"Bu ölkələr, yəni, Misir, Qətər, Türkiyə və ABŞ həm də sülh prosesində əsas qarant ölkələr hesab olunurlar. Bu səbəbdən də Azərbaycana xüsusi münasibət göstərildiyini demək mümkündür. Bundan əlavə, Azərbaycanın İsraillə də normal münasibətləri var. Bu fakt həm ABŞ-də, həm də bölgədə yaxşı bilinir. Ona görə də mümkündür ki, Azərbaycan həm İslam ölkəsi kimi, həm türk dövləti olaraq, həm Türkiyənin müttəfiqi kimi, eyni zamanda Fələstin dövlətini tanıyan və bölgədə "iki dövlət modeli", ərəb və yəhudi dövlətlərinin yanaşı mövcudluğu ideyasını dəstəkləyən bir ölkə kimi bu prosesdə fəal iştirak edə bilər".

Müsahibimizin fikrincə, Azərbaycanın iştirakı müxtəlif aspektləri əhatə edə bilər.

"Qəzzanın bərpası, yenidən tikilməsi, humanitar yardımın çatdırılması və hətta bölgənin müdafiəsində hərbi deyil, sülhməramlı kimi iştirak tamamilə mümkündür. Eyni zamanda düşünürəm ki, Azərbaycanın daha neytral mövqedə olan bir ölkə kimi həm İsraillə, həm də Fələstinlə yaxşı münasibətlərə malik olması İsrail tərəfindən bu prosesdə iştirakımıza qarşı çıxılmamasına səbəb olacaq.

Digər bir vacib məqam isə İndoneziya və Pakistanın adının da bu missiya çərçivəsində hallanmasıdır. Bu ölkələrdən Pakistanla Azərbaycanın yaxın strateji əlaqələri mövcuddur. İndoneziya ilə də normal diplomatik münasibətlərimiz var. Burada onu da nəzərə almaq lazımdır ki, Pakistanın İsraillə münasibətləri olduqca gərgindir. Bu kontekstdə düşünürəm ki, Pakistanın iştirakı və Azərbaycanın da prosesdə yer alması, ümumilikdə bölgədə yaranacaq mühitin daha yumşaq və balanslı olmasına səbəb ola bilər", - deyə Turab Rzayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri