Icma.az
close
up
RU
Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq

Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misirin Şarm Əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilir. Tədbirdə 20-dən çox ölkənin lideri iştirak edir.

Görüşdə İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin davamlılığının təmin olunması, eləcə də Qəzza zolağında yaranmış humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində növbəti addımlar müzakirə ediləcək.                                                                                                                                                                       Azərbaycanın yenidənqurma və bərpa işlərində böyük təcrübəyə malik olduğu artıq təkzibedilməz faktdır. Ölkəmiz işğaldan azad etdiyi ərazilərində böyük bərpa-quruculuq işləri görür. Təkcə beş ildə beynəlxalq aeroportlar, yollar tikilib və lazimi infrasturukturlar qurulub.  

Bu baxımdan Azərbaycanın da Qəzzanın yenidənqurulmasında iştirakı məsələsi istisa edilmir.

Modern.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan Prezidentinin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması çox böyük məna kəsb edir:

“Yaxın Şərq dünya tarixində həmişə qaynar nöqtələrdən biri olub. On illərlə uzanan münaqişələrin artıq həll edilməsi, bundan sonrakı proseslərin daha çox sülh quruculuğu ilə bağlı olması, Qəzzada böyük bərpa-quruculuq işlərinin aparılması sammitin gündəmidir. Azərbaycan Prezidentinin tədbirə dəvət olunması bir sıra mətləblərdən xəbər verir. Əvvəla, Azərbaycanın sülh müqaviləsindəki rolu kifayət qədər aktiv olub. Ölkəmiz bu sahədə təcrübəyə malikdir. Vasitəçilik və digər sahələrdə də Azərbaycanın hər zaman aktiv olduğunu nəzərə almaq lazımdır. Bu təcrübə və bacarıqdan istifadə etmək və yararlanmaqla Yaxın Şərqdə sülh prosesinə töhfə vermək olar. Digər tərəfdən, bərpa-quruculuq işlərində də Azərbaycanın rolu kifayət qədərdir. Torpaqlarımızın vaxtilə beşdə biri işğal altında olub. Ərazilərimizi işğaldan azad etdikdən sonra orada böyük bərpa-quruculuq işlərinin uğurlu şəkildə həyata keçirilməsi, Azərbaycanın bu sahədə də böyük təcrübəyə malik olduğunu göstərən haldır.
Eyni zamanda, Suriyada uzun çəkən müharibədən sonra artıq sülh dövrünün başladığını və orada da bərpa-quruculuq işlərində Azərbaycan şirkətlərinin iştirakının nəzərdə tutulduğunu yaddan çıxarmayaq.
Ölkəmizin bu təcrübəsindən və bacarığından məhz Qəzzanın da bərpa-quruculuq işlərində istifadə etmək ümumi prosesə töhfə verə bilər”.

Deputat vurğulayıb ki, böyük ehtimalla Azərbaycanın da hansısa formada Qəzzaya cəlb olunması gözlənilir:

“İstər həmin ərazilərin təbii qazla təchiz olunması, eyni zamanda humanitar xarakterli missiyaların da həyata keçirilməsi Azərbaycanın bilavasitə artıq bu gün Suriya timsalında icra etdiyi prioritetlərdəndir. Düşünürəm ki, Qəzzada da gələcəkdə böyük bir ərazidə bərpa-quruculuq işləri, eyni zamanda digər humanitar xarakterli missiyaların həyata keçirilməsi sammitin gündəliyini ehtiva edəcək. Ola bilər ki, bu prosesdə də Azərbaycanın iştirakı nəzərdə tutulsun. Xüsuilə də Azərbaycan-Fələstin münasibətləri nöqteyi-nəzərdən məsələyə yanaşdıqda görə bilərik ki, burada da yenə dövlətimizin dost ölkə kimi iştirakı üçün böyük imkanları var. Ehtimal oluna bilər ki, sammitdə elə bu iki element- bərpa-quruculuq işləri, humanitar xarakterli addımlar gündəmdə olacaq. Digər sahələrdə də hansısa formada Azərbaycanın iştirakını görə bilərik. Amma hər şey artıq Qəzzada baş verən sülh prosesinin gedişatından asılıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri