Icma.az
close
up
RU
Azərbaycanın Qırğızıstandakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Azərbaycanın Qırğızıstandakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün açılışı olub.

Açılışda Qazaxıstanın səfiri Rapil Joşıbayev, Özbəkistanın səfiri Saidikram Niyazxocayev, Tacikistanın səfiri Alizoda Nazirmad, Belarusun səfiri Sergey Molunov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Heydər Əliyev adına Məktəbin direktoru Kanıkey Alımkulova iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Ulu Öndər Heydər Əliyevin xatirəsinin azərbaycanlıların qəlbində ildən-ilə daha da möhkəmləndiyini söyləyib.

“1990-cı illərdə və 2000-ci illərin əvvəllərində o, sabitliyə nail oldu. Bu sabitlik sayəsində biz iqtisadi cəhətdən inkişaf edə bildik, eyni zamanda, hərbi-siyasi potensialımızı gücləndirə bildik. Heç kim inanmayanda Heydər Əliyev inanırdı ki, biz işğal olunmuş əraziləri azad edəcəyik. O, bu inamı xalqımızın qəlbinə saldı. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin Qarabağı azad etmək vəsiyyətini yerinə yetirdi”, - deyə səfir qeyd edib.

Lətif Qəndilovun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında energetika sahəsində konkret razılaşmalar var. “COP29 çərçivəsində Bakıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı mühüm sənədlər imzalanıb. Bildiyimə görə, indi Azərbaycandan Qırğızıstana neft tədarükü məsələsi həll olunur. Prezidentlərin göstərişi ilə iki ölkənin energetika nazirlərinin səfəri zamanı bu məsələ müzakirə olunub. Bu məsələnin həll edilməsi uğurla gedir”, - deyə diplomat qeyd edib.

“Hərbi əməkdaşlıq çox yaxşı inkişaf edir. Bilirsiniz ki, bu il bizim müdafiə nazirimiz Bişkekdə, sizin müdafiə naziri isə Bakıda oldu. Bütün səviyyələrdə fəal siyasi dialoq gedir”, - deyə o əlavə edib.

Digər mühüm məsələ iki ölkənin tranzit potensialından istifadə edilməsidir. “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başa çatması ilə bu potensial dəfələrlə artacaq”, - deyə səfir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see164

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri