Icma.az
close
up
RU
Azərbaycanın regional və beynəlxalq səviyyədə liderliyi ilə aydın şəkildə öndədir ŞƏRH

Azərbaycanın regional və beynəlxalq səviyyədə liderliyi ilə aydın şəkildə öndədir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, əvvəla, Prezident İlham Əliyev Xəzər dənizini sadəcə coğrafi anlayış yox, strateji birliyin rəmzi kimi təqdim etməklə bölgənin mənzərəsini dəqiq portretlərlə əks etdirdi. Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq Xəzər artıq ölkələri ayıran deyil, onları birləşdirən məkana çevrilib. Ölkəmiz isə burada yalnız coğrafi körpü rolunu daşımır, həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində regional inteqrasiyanın mərkəzi və dayanıqlı gücü kimi önə çıxır. Bu mövqe Azərbaycanın regional liderlik ambisiyasını və strateji planlılığını bir daha aydın göstərdi.

Eyni zamanda ölkəmizin təşəbbüsləri digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə zəmin yaradır.

İkincisi, humanitar sahələrdə əməkdaşlıq da arzuolunan səviyyədə inkişaf edir. Prezident vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrini yalnız ortaq tarix və mədəniyyət deyil, eyni zamanda müasir iqtisadi maraqlar da birləşdirir. Bu isə regional həmrəyliyin yeni mərhələyə qədəm qoymasının həm simvolik, həm də praktik ifadəsidir. İnsanların gündəlik həyatı, mədəniyyət və təhsil sahələrində atılan addımlar, ölkələr arasında möhkəm bağların yaranmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir.

Üçüncüsü, müsahibədə şəxsi diplomatiya anlayışı xüsusi olaraq vurğulandı. Bu, Prezident İlham Əliyev ilə Şavkat Mirziyoyev arasındakı etimad və dostluq münasibətlərinin sadəcə rəsmi görüşlərin toplusu olmadığını, eyni zamanda dövlətlərarası əlaqələrin canlı və dinamizmini təmin edən əsas mexanizm kimi formalaşdığını göstərdi. Postsovet məkanında nadir rast gəlinən bu səmimi münasibət və strateji tarazlıq beş qarşılıqlı səfər və onlarla imzalanmış sənəd vasitəsilə aydın surətdə özünü büruzə verir.

Nəhayət, iqtisadi sahədə təqdim olunan konkret nümunələr xüsusi diqqət çəkir. Ticarət dövriyyəsinin 87 faiz artması, 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması və Xankəndidə yeni fabrikin açılması göstərir ki, Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq yalnız sözlərdə qalmır, real iqtisadi layihələrlə möhkəmlənir. Bu faktlar eyni zamanda Azərbaycan diplomatiyasının planlı, məqsədyönlü və strateji xarakterini ortaya qoydu. Nəqliyyat və enerji sahələrinə yönələn yanaşma isə gələcəyə hesablanmış addımların göstəricisidir. Müsahibədə “Orta Dəhliz” ifadəsi təkcə infrastruktur layihəsini deyil, həm də yeni geosiyasi xəttin və strateji əməkdaşlığın simvolunu ifadə etdi.

“Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Azərbaycanın regional liderlik və əməkdaşlıq siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi. Müsahibə sübut etdi ki, ölkəmizin başçısı Türk dünyasının inkişafı yolunda dayanmadan çalışır, əldə olunan nəticələr isə Azərbaycanın liderliyini və Prezident İlham Əliyevin diplomatik ustalığını parlaq şəkildə ortaya qoyur. Bu fəaliyyət Azərbaycanın regional nüfuzunu möhkəmləndirir, diplomatik təşəbbüslər isə həm siyasi, həm də iqtisadi sahələrdə ölkəmizin mövqeyini gücləndirir, atılan addımlar isə regional sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verir”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri