Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq nüfuz davamlı şəkildə güclənir ŞƏRH

Azərbaycanın beynəlxalq nüfuz davamlı şəkildə güclənir ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Geosiyasi mühitin sürətlə dəyişdiyi, informasiya texnologiyalarının və medianın beynəlxalq münasibətlərə təsir imkanlarının əhəmiyyətli dərəcədə artdığı müasir dövrdə dövlətlər arasında etibarlı dialoq platformalarının formalaşdırılması xüsusi aktuallıq daşıyır. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu sadəcə jurnalistlərin və media ekspertlərinin iştirakı ilə keçirilən beynəlxalq tədbir deyil, eyni zamanda müxtəlif ölkələr arasında fikir mübadiləsinin genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və media diplomatiyasının inkişafına xidmət edən mühüm platformadır. Dünyanın müxtəlif regionlarından tanınmış media nümayəndələrinin Şuşada toplaşması Azərbaycanın beynəlxalq təşəbbüslərinin getdikcə daha geniş dəstək qazandığını və ölkəmizin qlobal dialoqa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev müasir informasiya mühitində mövcud olan əsas çağırışlara toxunaraq beynəlxalq media gündəmini narahat edən vacib məsələlərə diqqət yönəltdi. Dövlət başçısı informasiya təhlükəsizliyinin təmin olunması, obyektiv və məsuliyyətli jurnalistikanın təşviqi, dezinformasiyanın yaratdığı risklərə qarşı birgə mübarizə aparılmasının vacibliyi və beynəlxalq etimadın möhkəmləndirilməsi kimi mövzuların artıq təkcə media sahəsinin deyil, ümumilikdə dünya siyasətinin prioritet istiqamətlərinə çevrildiyini vurğuladı. Bu yanaşma göstərir ki, müasir dövrdə media yalnız xəbərləri ictimaiyyətə çatdıran vasitə deyil, həm də qlobal proseslərə təsir edən mühüm amillərdən biridir. Məhz buna görə də informasiya məkanında məsuliyyətli fəaliyyət və obyektiv yanaşma hər zamankından daha böyük əhəmiyyət daşıyır.
Azərbaycanın bu forumu artıq dördüncü dəfə məhz Şuşada təşkil etməsi də dərin siyasi və strateji məna daşıyır. Şuşa bu gün yalnız zəngin tarixi və mədəni irsimizin rəmzi kimi deyil, eyni zamanda ölkəmizin beynəlxalq humanitar, siyasi və mədəni təşəbbüslərinin həyata keçirildiyi nüfuzlu mərkəz kimi tanınır. İşğaldan azad olunmuş şəhərdə keçirilən beynəlxalq konfranslar, forumlar və müxtəlif mədəni tədbirlər Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərini, eləcə də yeni inkişaf modelini beynəlxalq ictimaiyyətə nümayiş etdirir. IV Şuşa Qlobal Media Forumu isə bu proseslərə yeni məzmun qazandıraraq şəhərin beynəlxalq media diplomatiyasının önəmli ünvanlarından birinə çevrildiyini təsdiqləyir.
Forumun mühüm xüsusiyyətlərindən biri də müxtəlif ölkələrdən gəlmiş jurnalist və media təmsilçilərinə Azərbaycanın mövqeyini birbaşa öyrənmək, bölgədə baş verən hadisələri yerində izləmək və fərqli baxışların açıq şəkildə müzakirəsində iştirak etmək imkanı yaratmasıdır. Bu imkan informasiya məkanında uzun illər formalaşmış stereotiplərin aradan qaldırılmasına, birtərəfli yanaşmaların zəifləməsinə və faktlara əsaslanan obyektiv informasiyanın daha geniş yayılmasına xidmət edir. Prezident İlham Əliyevin media nümayəndələrinin suallarını açıq və ətraflı şəkildə cavablandırması, səmimi dialoqa üstünlük verməsi isə Azərbaycanın şəffaflıq, açıqlıq və qarşılıqlı etimad prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Belə yanaşma beynəlxalq media ilə əlaqələrin inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və etibarlı informasiya mühitinin formalaşmasına mühüm töhfə verir.
Hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində "yumşaq güc" siyasətinin rolu davamlı şəkildə artır. Mədəniyyət, humanitar əməkdaşlıq, informasiya mübadiləsi və media platformaları dövlətlərin beynəlxalq nüfuzunun formalaşdırılmasında və milli maraqlarının təşviqində mühüm vasitələrdən biri hesab olunur. Azərbaycan da bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək Şuşanı qlobal əməkdaşlıq, mədəni dialoq və beynəlxalq media platformalarının əsas məkanlarından biri kimi inkişaf etdirir. IV Şuşa Qlobal Media Forumu bu siyasətin uğurlu nəticələrini bir daha nümayiş etdirir və Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə gücləndiyini göstərir.
Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan qlobal informasiya məkanında qarşıdurmanı deyil, konstruktiv dialoqu, dezinformasiyanı deyil, həqiqətə söykənən obyektiv məlumatlandırmanı, qapalı münasibətləri deyil, açıq əməkdaşlıq və qarşılıqlı etimadı dəstəkləyən mövqe nümayiş etdirir. Məhz bu prinsiplər Şuşanın beynəlxalq media diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilməsinin əsas siyasi məntiqini təşkil edir. Eyni zamanda bu forum Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qlobal dialoq və əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri