Icma.az
close
up
RU
Azərbaycanın regionda və dünyada mövqeyi möhkəmlənir ŞƏRH AZƏRTAC

Azərbaycanın regionda və dünyada mövqeyi möhkəmlənir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verdi. Bu müsahibə Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə, artan roluna bir daha işıq saldı. Xarici siyasətimizin prioritet istiqaməti kimi istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrdən, salınan yeni körpülərdən bəhs edən dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələlərdən biri 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi oldu. Regionumuzda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Qeyd olunan Bəyannamənin imzalanması 30 ildən artıq bir müddətdə iki ölkənin birlikdə keçdiyi yolun nümayişidir. Belə bir sənədin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərdir və bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman belə bir sənəd tarixi hadisədir. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Bundan sonra da belə olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov müsahibədə əsas diqqət göstərilən məsələlərdən biri kimi sülh müqaviləsinin imzalanması prosesinin hansı səbəbdən uzanmasından bəhs edib: “Tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Artıq 4 il keçib. Görünən budur ki, Ermənistanın 30 illik işğal dövründə olduğu kimi, hazırkı postmünaqişə mərhələsində də havadarlarından asılılığı, onların göstərişlərinə, ən əsası ssenarilərinə uyğun hərəkət etməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Tarixi Zəfərimizdən bu günədək cərəyan edən hadisələrə diqqət yetirsək Ermənistanın açıq-aşkar silahlandırıldığının şahidi olarıq. Bu addımların arxasında hansı maraqların dayandığı aydındır. Prezident İlham Əliyev sözügedən müsahibədə bu məqama diqqəti yönəltdi ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Razılaşdırılmamış iki şərt də Ermənistan tərəfindən qəbul oluna bilər.

Şərtlərdən biri Ermənistanın Konstitusiyasını dəyişməsidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. ATƏT-in Minsk qrupu çoxdandır ki, fəaliyyətsizdir. Lakin formal olaraq mövcuddur. Reallıq budur ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, artıq bu quruma ehtiyac yoxdur. Azərbaycan dövləti hələ 30 illik işğal dövründə ən yüksək tribunalardan Minsk qrupunun fəaliyyətsizliyini bəyan edirdi. Vasitəçi neytral olmalıdır. Lakin qurumun 28 illik fəaliyyəti dövründə görünən bu oldu ki, Ermənistana açıq-aşkar dəstək göstərilir, danışıqların sadəcə danışıq xatirinə aparılması əsas məqsəddir. O, işğalçı adı ilə çağırılmadı, amma məsələnin sülh danışıqları əsasında nizamlanacağına inam yaradılmasına cəhdlər edildi. Tarixi Zəfərimizdən bu günədək Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac olmadığını bildirdiyi halda, Ermənistan qurumun canlandırılmasının vacibliyindən bəhs edir. Prezident İlham Əliyev müsahibədə bu çağırışı etdi ki, Ermənistanın ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Deputat Ermənistanın silahlandırılmasının davamlı xarakter aldığını bildirib: “Müsahibədə Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırmasından danışan İlham Əliyev qeyd etdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər. ABŞ isə bunu etiraf etmir. Dövlətimizin başçısı Ermənistana və onun havadarlarına bu mesajı çatdırdı ki, Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərinin nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Bu, belə davam edərsə, sonradan Azərbaycana qarşı heç bir irad tutulmasın”.

“Azərbaycan müstəqil xarici siyasət yürüdür. Atdığı hər bir addımda xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu təsdiqləyir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq aləmdə rolunun daha da artması diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev müsahibədə bu reallığı bir daha vurğuladı ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.

Ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən olan COP29 tədbirinin nəticələri müsahibədə əsas diqqət yönəldilən məsələlər sırasında oldu. Prezident İlham Əliyev bu tədbirin hansı səbəbdən “Bakı dönüşü” adlandırıldığını əsaslı şəkildə qeyd etdi. Azərbaycanın diplomatik təcrübəsi yeni körpülər qurmağa və nəticələr əldə etməyə kömək edir. COP29-da 197 ölkənin, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 min iştirakçının təmsil olunması Azərbaycanın təqdimatı idi”, - deyə Malik Həsənov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see282

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see243

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see226

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see191

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see137

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri