Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir ŞƏRH

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin son günlərdə iştirak etdiyi, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirsək dünya birliyində söz sahibliyimizi, yerimizi və rolumuzu daha aydın görmək olar. Azərbaycan ədalətə və beynəlxalq hüquqa, qarşılıqlı etimad mühitinin qorunmasına əsaslanan siyasəti sayəsində həm ənənəvi tərəfdaşları ilə münasibətlərini uğurla inkişaf etdirir, həm də yeni dostlar qazanır. Dövlətimizin başçısı oktyabrın əvvəlində Danimarkada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etdi. Oktyabrın 6-7-də Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşünə ev sahibliyi etdi. Oktyabrın 9-da Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər etdi. Hər bir tədbir əməkdaşlığa, sülhə, birgə səylərin göstərilməsinə çağırışları özündə ehtiva edir. Bu tədbirlər çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi görüşlər həm ayrı-ayrılıqda ölkələr arasında, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin hər bir beynəlxalq tədbirdə öncə onun keçirildiyi ölkə ilə Azərbaycanın münasibətlərinin hazırkı inkişaf səviyyəsinə diqqəti yönəldərək perspektivləri açıqlayır. Bu baxımdan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı da diqqətdə oldu. “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam”, - söyləyən Prezident İlham Əliyev vurğuladı ki, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətlərə xüsusi önəm verir: “Hər bir səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verir. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşündə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Bu günədək imzalanmış sənədlər münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafı üçün hüquqi bazadır. 2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” əlaqələrin inkişafında yol xəritəsidir. Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Tacikistana səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün və perspektivlərinin aydın mənzərəsini bir daha təqdim etdi. Reallıq budur ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur”.

Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi keçirildi: “Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonu da quruculuq dövrünü yaşayır. Laçın şəhəri artıq sakinlərinə qovuşub, yeni həyat başlayıb. Bu il Laçın şəhərinin həyatında əlamətdar günlərlə yadda qalacaq. 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Həmçinin bu tarixdə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Zirvə Görüşü keçirildi. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarı ilə Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin, həmrəyliyinin göstərici kimi qiymətləndirildi”.

Deputat Prezident İlham Əliyevin çıxışında diqqət göstərdiyi məsələlərdən biri olan III MDB Oyunlarından da bəhs edib: “Bu, MDB-nin həyatında daha bir mühüm hadisə oldu. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə 13 ölkədən 1600-dən çox idmançı qəbul edildi. Bu idmançılar həm MDB üzvləri olan, həm də qonaq ölkələri təmsil edirdi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri