Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 17 sentyabr, AZƏRTAC
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda Filippin seçməsi ilə qarşılaşacaq. Komandanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli yer alıblar.
Qadınlardan ibarət yığma isə Danimarka ilə üz-üzə gələcək. Millinin heyətində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparırlar.
Qeyd edək ki, ilk turda kişi şahmatçılarımız Mərakeş seçməsinə, qadınlardan ibarət komandamız isə Qvatemala yığmasına 4:0 hesabı ilə qalib gəlib. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 17 Sentyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















