Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 sentyabr, AZƏRTAC
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda İsveçrə yığması ilə qarşılaşıb. Komandamız rəqibini 3:1 hesabı ilə məğlub edib. Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı qələbə qazanıb, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçə ediblər.
Qadınlardan ibarət Azərbaycan seçməsi isə İsveç komandası ilə üz-üzə gəlib. Yığmamız 2,5:1,5 hesabı ilə qalib gəlib. Gülnar Məmmədovanın qələbə qazandığı turda Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə və Gövhər Beydullayeva öz partiyalarını heç-heçə ilə başa vurublar.
Bundan əvvəl kişilərdən ibarət komanda Mərakeşə 4:0, Filippinə 3:1, qadın millisi isə Qvatemalaya və Danimarkaya 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Sentyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















