Icma.az
close
up
RU
Azərbaycanın sammit qərarı: Bakının prinsipial mövqeyinin ifadəsi

Azərbaycanın sammit qərarı: Bakının prinsipial mövqeyinin ifadəsi

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin mayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak etməmək qərarı regional və beynəlxalq səviyyədə diqqət çəkib.

Bu qərar təkcə diplomatik jest deyil, həm də bölgədə dəyişən geosiyasi reallıqların və Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsinin göstəricisidir. Ekspertlərin fikrincə, bu addım həm Bakı ilə Brüssel arasında mövcud dinamikanı, həm də Ermənistanın siyasi xəttindəki qeyri-müəyyənlikləri əks etdirir.

Qərarın mahiyyətini və mümkün nəticələrini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu qərar ilk növbədə Azərbaycanın prinsipial mövqeyini əks etdirir. Rəsmi Bakı hesab edir ki, hələ sülh müqaviləsi imzalanmamış bir ölkədə keçirilən sammitdə iştirak etmək simvolik baxımdan düzgün olmazdı. Onun sözlərinə görə, Əliyevin bu addımı həm diplomatik məsafə, həm də siyasi mesaj daşıyır:

“O, göstərmək istəyir ki, Azərbaycan qarşılıqlı etimad yaranmadan yüksək səviyyəli platformalarda iştirak etmir. Bu, həm də Ermənistanın davranışına cavabdır. Çünki, İrəvan hələ də bəzi beynəlxalq tribunalarda antiazərbaycan ritorikasından imtina etməyib. Bu baxımdan, qərar həm strateji, həm də psixoloji mesaj xarakteri daşıyır”.

Müsahibimiz hesab edir ki, bu addım müəyyən mənada Brüsselə yönəlik mesaj kimi də qiymətləndirilə bilər. Dediyinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək istəyir, amma bu əlaqələr qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulmalıdır. Politoloq vurğulayıb ki, son illərdə Avropa qurumlarının bəzi tərəfli bəyanatları Bakıda narazılıq yaradıb. Prezidentin sammitə qatılmaması həmin narazılığın təzahürü ola bilər:

“Bununla belə, Bakı tam şəkildə dialoqa qapılarını bağlamır. Sadəcə, balanslı və qarşılıqlı faydalı münasibət modeli tələb edir. Bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət kursuna tam uyğundur”.

Züriyə Qarayeva: Azərbaycanın iştirak etməməsi sammitin siyasi çəkisini azalda bilər

Bu qərarın İrəvana üçün mənasına gəlincə, həmsöhbətimiz deyib ki, Ermənistan üçün bu, həm diplomatik, həm də siyasi baxımdan xoş olmayan siqnaldır. Çünki İrəvan sülh prosesində real irəliləyiş nümayiş etdirmədiyi halda, beynəlxalq tədbirlərlə öz imicini gücləndirməyə çalışırdı. Azərbaycanın sammitə qatılmaması bu planı müəyyən dərəcədə pozur.  Onun sözlərinə görə, bu, həm də göstərir ki, Bakı artıq Ermənistanın siyasi jestlərinə reaksiya vermir, yalnız real nəticələrə fokuslanır. Ermənistan üçün bu, həm bir xəbərdarlıq, həm də danışıqlar masasında daha məsuliyyətli davranmaq çağırışıdır. Bakı bu addımla sülh prosesinə formal deyil, məzmun baxımından yanaşma tərzini nümayiş etdirir.

Bəs bu qərarın regional və beynəlxalq kontekstdə mümkün nəticələri nələr ola bilər?

Z.Qarayeva bildirib ki, qısa müddətdə bu, regiondakı diplomatik dinamikanı dəyişə bilər. Azərbaycanın iştirak etməməsi sammitin siyasi çəkisini azalda bilər, çünki regionda sülh və təhlükəsizlik məsələlərinin açarı Bakının əlindədir. Eyni zamanda, bu, beynəlxalq təşkilatlara bir siqnaldır.

“Azərbaycanın iştirakı yalnız obyektiv və balanslı platformalarda mümkündür. Uzunmüddətli baxımdan isə bu addım ölkənin geosiyasi mövqeyini zəiflətmir, əksinə, onu daha müstəqil göstərir. Çünki, Bakı artıq hər diplomatik çağırışa cavab vermək məcburiyyətində deyil. Bu mövqe, Azərbaycan diplomatiyasının prinsipial və özünəinamlı xəttini bir daha təsdiqləyir”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri