Icma.az
close
up
RU
Əbu Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin təzahürüdür RƏY

Əbu Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin təzahürüdür RƏY

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Əbu-Dabidəki müzakirələri çox zamanında həyata keçirilmiş bir görüş oldu. Çünki dünya və bölgəmiz çox kritik bir dönəmdən keçir. İndiyədək regionumuza böyük təsiri olan, müxtəlif problemlər yaradaraq aranı qarışdırmağa çalışan ölkə və qüvvələrin bölgəyə təsiri azalıb. Yəni, Rusiya-Ukrayna, İran–İsrail müharibəsi, Avropa İttifaqı ölkələrinin başlarının öz “dərdləri”nə qarışması, ABŞ-da ikinci dəfə hakimiyyətə gələn Donald Trampın Azərbaycan–Ermənistan münasibətlərinə daha əvvəlki hökumət kimi ikiüzlü və təxribatçı yanaşma sərgiləməməsi, qardaş Türkiyənin beynəlxalq gücə çevrilmə prosesi, dövlətimizin öz imkanlarını və əlaqələrini genişləndirməsi, regonda və dünyada oynadığı rol Cənubi Qafqaz, o cümlədən Azərbaycan-Ermənistan sülh danışıqları üçün əlverişli imkanlar yaradıb. Əbu-Dabi görüşü də bu reallığın təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, Əbu-Dabidəki görüşün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir. Bu, dövlətimizin və Prezident İlham Əliyevin vasitəçisiz, birbaşa dialoq çərçivəsində üçüncü tərəflərin iştirakı olmadan regional məsələlərin daha effektiv və daha real həll oluna biləcəyinə inamını nümayiş etdirir. Qarabağ Zəfərindən sonra biz qarşı tərəfə dərhal sülh təklikləri göndərərək ilk addımı atmış olduq. Lakin işğal dövründə olduğu kimi, bəzi qüvvələr yenə də sülh danışıqlarını inhisarına alaraq, öz maraqlarının təmin olunması üçün yeni oyunlar oynamaq istədilər. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin atdığı siyasi addımlar həmin ikiüzlü, sülhdən danışıb ancaq sülhün olmaması üçün siyasət yürüdən ölkələrə böyük dərs oldu. Bu gün həmin qüvvələr zərərsizləşdirildikləri üçün ortada yoxdurlar. Yəni, sülh prosesinə əngəl olmaq, həmçinin regionda münaqişənin, separatizmin qalmasını istəyən qüvvələr hazırda əks nəticəyə şahidlik edirlər.

“Görüşün beş saat davam etməsi də məhsuldarlığın, gələcəkdə sülh razılaşmasının imzalanması üçün bütün detalların müzakirə olunduğunu göstərir. Əlbəttə, müzakirə olunan məsələlərin əsas siyasi xəttini Azərbaycanın müəyyənləşdirdiyi – sərhədlərin delimitasiyaaı və demarkasiyası, Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi, Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizinin açılması kimi tələblər təşkil edib. Azərbaycanın Qarabağ Zəfəri və ondan sonra həyata keçirdiyi siyasət təkcə ölkəmiz üçün deyil, regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın qurulmasına və möhkəmlənməsinə xidmət edir. Yəni, bizim həyata keçirdiyimiz siyasət elə Ermənistanın da müstəqilləşməsinə, forpost statusundan qurtulmasına yol açır. Eyni zamanda, Azərbaycan bu tələblərlə sülh danışıqlarında təkcə hakimiyyətlərin deyil, xalqların da rol oynamasını istəyir. Bununla da sülh razılaşmasını, sadəcə, kağız parçası deyil, dövlətlərin və xalqların iradəsinin əksi olaraq görmək istəyir. Çünki Ermənistanda indi olduğu kimi, hər zaman hakimiyyət uğrunda savaş gedir və bu gün hakimiyyətdə olan qüvvənin sabah olmayacağı bizə çox aydın məsələdir”, - deyə Y.Hacızadə vurğulayıb.

Onun sözlərinə görə, görüşdə müzakirə edilən əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması ilə bağlı olub. Bu dəhliz təkcə ölkəmizin deyil, bütün regionun inkişafı üçün strateji əhəmiyyət daşıyır. Kənar təzyiqlərə baxmayaraq, dövlətimizin bu məsələdə də sərgilədiyi qəti mövqe onu göstərir ki, Azərbaycan diplomatik imkanlarına güvənir və manipulyasiyalara açıq olmayan sülh istəyir. İndi Uzaq Şərqin, Türküstan bölgəsinin (Orta Asiyanın) Qərbə və ya əks istiqamətdə təhlükəsiz və qısa vaxt ərzində hərəkəti Orta Dəhliz vasitəsilə aparılır. Zəngəzur dəhlizinin açılması da Orta Dəhlizin davamı olaraq bu əlaqələri və ticarəti daha da artıracaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və son zamanlar atdığı digər belə addımlar, səsləndirdiyi fikirlər regionda yaranmış vəziyyəti qəbul etdiyini, Azərbaycanın təkliflərinin Ermənistana da fayda verəcəyini anladığını göstərir. Yəni, hesab edirəm ki, Ermənistan onun üçün Türk dünyasını bölmək məqsədilə hazırlanmış 200 illik siyasətdən üz döndərərək Zəngəzur dəhlizinin açılması reallığını qəbul etmək məcburiyyətində qalacaq.

Politoloq əlavə edib ki, bu görüş sülh müqaviləsinin imzalanması baxımından xüsusi əhəmiyyət daşıyır, sülhə aparılan yolun ən real addımı kimi görünür. Ölkəmizin konstruktiv və sülhsevər siyasəti, bu addımlara Ermənistan tərəfinin də müsbət yanaşması regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunmasına ümidləri artırır. Ermənistanın Baş naziri Nikol Paşinyanın konkret öhdəlik götürməsi və konstitusiya dəyişikliyi ilə bağlı verəcəyi qərar prosesin taleyini müəyyənləşdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri