Icma.az
close
up
RU
Azərbaycanın şanlı Zəfər sədaları Vallettada səslənib

Azərbaycanın şanlı Zəfər sədaları Vallettada səslənib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Maltanın paytaxtı Vallettadakı “Palazzo de La Salle” sarayında Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Malta üzrə koordinatorunun təşkilatçılığı və Malta İncəsənət Cəmiyyətinin əməkdaşlığı ilə baş tutub.

Maltanın Azərbaycandakı, Ukraynadakı və Qazaxıstandakı səfiri Con Debono, Azərbaycanın Maltadakı fəxri konsulu Dr. Kris Balzan, eləcə də Malta, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Polşa, İtaliya və İspaniyadan olan diaspor üzvləri, diplomatik korpusların nümayəndələri, Azərbaycan icması və yerli ictimaiyyətin təmsilçiləri tədbirdə iştirak ediblər.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin müqəddəs xatirəsinin ehtiramla anılması ilə başlayıb.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Malta üzrə koordinatoru Aysel Şkembri çıxışında Zəfər Gününün müasir Azərbaycan tarixində, eləcə də xalqımızın milli-mənəvi həyatındakı əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Maltadakı fəxri konsulu Dr. Kris Balzan Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürurunun yenidən dirçəlişini simvolizə etdiyini bildirib.

Tədbir iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhuna uyğun rəngarəng musiqi proqramı ilə davam edib. Maltalı və azərbaycanlı musiqiçilər ilk dəfə eyni səhnəni bölüşüblər.

Proqramda İsveçdən pianoçu Aynur Məlikova və tenor Sinan Xəlilinin, Azərbaycandan tarzən Səxavət Məmmədovun, eləcə də maltalı folklor musiqiçisi və multiinstrumentalist Françesko Sultananın ifasında Azərbaycan və Avropa klassik musiqisinin inciləri səsləndirilib. Vasif Adıgözəlovun “Qərənfil”, Həsən Rzayevin “Cahargah Rapsodiyası”, Səid Rüstəmovun “Oxu, tar”, Rauf Hacıyevin “Azərbaycan” əsərləri, eləcə də xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri