Icma.az
close
up
RU
Azərbaycanın sayəsində qlobal iqlim həmrəyliyi geosiyasi parçalanmanı üstələdi

Azərbaycanın sayəsində qlobal iqlim həmrəyliyi geosiyasi parçalanmanı üstələdi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BMT-nın Bakıda iki həftə davam edən COP29 konfransı uğurla başa çatdı. Bu platformada planetimizin xilası naminə yeni tarixi razılaşmalar və qərarlar qəbul edildi. Konfransdan əvvəl bir çox ekspertlər hesab edirdilər ki, Azərbaycanın COP29-un sədri olaraq müəyyən etdiyi ambisiyalı iqlim maliyyəsi kimi çox mürəkkəb bir vəzifənin öhdəsindən gəlməsi çətin (mümkünsüz) olacaq. Əslinə baxanda onlar haqsız da deyildilər. Birinci ona görə ki, Konfransa hazırlıq, dünya ölkələri və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq üçün Azərbaycanın çox az, cəmi 11 ayı var idi. Ekspertlər həm də onu nəzərə alırdılar ki, 2015-ci ildə Paris Sazişinə əsasən iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma məqsədilə hər il ödənilməli olan 100 milyard dollarlıq maliyyə hədəfinə 7 il gecikmə ilə, yalnız 2022-ci ildə çatmaq mümkün olmuşdu. Digər tərəfdən geosiyasi qütbləşmənin və parçalanmanın dərinləşməsi, Qlobal Şimal və Qlobal Cənub arasında fikir ayrılığı, qarşılıqlı ittihamlar və günahlandırmalar Bakının qarşıya qoyduğu yeni iqlim maliyyəsi hədəfinə xeyli maneələr yaradırdı. Bütün bu obyektiv çətinliklərə bir də ölkəmiz, o cümlədən COP29 əleyhinə aparılan qarayaxma və gözdənsalma kampaniyasını da əlavə etsək, onda görərik ki, dövlətimiz hansı çağırışların və vəzifənin öhdəsindən gəldi. Bütün bunları dərindən təhlil edən Prezident İlham Əliyev çox dəqiq, ağıllı və nəticəyönümlü strategiya müəyyən etdi.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

Onun sözlərinə görə, strategiyaya əsasən, Azərbaycan elan etdi ki, iqlim dəyişikliyi ilə bağlı qarşılıqlı ittihamlara və günahlandırmalara son qoyulması, bütün tərəflərin planetimizin xilası naminə birgə səylə çalışması, müəyyən etdiyi yeni iqlim maliyyəsi hədəfinə nail olunması üçün Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynamağa, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə, o cümlədən kiçik ada dövlətlərinə yeni imkanlar yaratmağa, bir sözlə, dünyanı birləşdirməyə hazırdır.

“Görün, Azərbaycan və onun Lideri nə qədər çətin, çətin olduğu qədər nəcib və bəşəri bir missiyanı üzərinə götürdü və bu tarixi missiyanın öhdəsindən layiqincə gəldi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, əldə etdiyi uğurlu nəticələr, qəbul olunan qərarlar, ölkəmizin təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi, Bakının füsunkar gözəlliyi, zəngin mədəniyyətimiz və mətbəximiz haqqında demək olar ki, dünyanın bütün ölkələri, mediası xoş sözlər dedilər, ağızdolusu danışdılar. Hər dəfə bu reportajlara baxanda sevinc və qürur hissi keçirirdik, ölkəmiz və dövlətimizlə fəxr edirdik.

COP29-un nəticələri haqqında ümumiləşdirmə aparanda, bu tarixi konfransın əhəmiyyəti barədə Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Co Baydenin söylədiklərinə baxanda qlobal tədbirin nəticələri haqqında çox danışmağa ehtiyac qalmır. Lakin düşünürəm ki, konfransda əldə edilən qərar və gəlinən nəticələrin bəzilərini qısa şəkildə qeyd etməkdə fayda var.

Birincisi, BMT-nin sözü gedən mötəbər konfransında Bakının adı ilə bağlı 10-dan çox beynəlxalq əhəmiyyətli qərar, təşəbbüs, çağırış qəbul edildi və bir sıra istiqamətlərdə yeni koalisiyalar yaradıldı və bütün bunların hamısı Bakı adı ilə tarixə düşdü. Bu isə o deməkdir ki, uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar Bakı ilə başlayan qərarlara və təşəbbüslərə istinad edəcək və ondan faydalanacaqlar. Bu isə ölkəmizin uğurlarının daim xatırlanması və xatırladılması deməkdir.

Bunlardan ən əsası: COP29-da Bakı Maliyyə Məqsədi qəbul edildi və bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf müəyyənləşdirdi. Bura əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən ilə 300 milyard ABŞ dolları həcmində yeni illik maliyyə hədəfi daxildir. Eyni zamanda, BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 il davam edən danışıqlar Bakıda yekunlaşdı və karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çatması hədəfləndi.

Bundan başqa, “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası” təsis edildi, habelə “Enerji üzrə öhdəliklər”, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bakı Bəyannaməsi”, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yollarına dair Bakı Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” və digər mühüm sənədlər qəbul edildi.

Əminəm ki, Azərbaycan 2025-ci ilin noyabrına kimi COP29-un sədri və sonrakı illərdə “COP Troykası”nın üzvü olaraq Bakıda qəbul olunmuş qərarların və əldə edilmiş razılaşmaların icrası, bir sıra təşəbbüslərin institutlaşması istiqamətində missiyasını və qlobal liderliyini uğurla davam etdirəcək”, - deyə A.Quliyev vurğulayıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri