Icma.az
close
up
RU
Azərbaycanın sayəsində qlobal iqlim həmrəyliyi geosiyasi parçalanmanı üstələdi RƏY AZƏRTAC

Azərbaycanın sayəsində qlobal iqlim həmrəyliyi geosiyasi parçalanmanı üstələdi RƏY AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

BMT-nın Bakıda iki həftə davam edən COP29 konfransı uğurla başa çatdı. Bu platformada planetimizin xilası naminə yeni tarixi razılaşmalar və qərarlar qəbul edildi. Konfransdan əvvəl bir çox ekspertlər hesab edirdilər ki, Azərbaycanın COP29-un sədri olaraq müəyyən etdiyi ambisiyalı iqlim maliyyəsi kimi çox mürəkkəb bir vəzifənin öhdəsindən gəlməsi çətin (mümkünsüz) olacaq. Əslinə baxanda onlar haqsız da deyildilər. Birinci ona görə ki, Konfransa hazırlıq, dünya ölkələri və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq üçün Azərbaycanın çox az, cəmi 11 ayı var idi. Ekspertlər həm də onu nəzərə alırdılar ki, 2015-ci ildə Paris Sazişinə əsasən iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma məqsədilə hər il ödənilməli olan 100 milyard dollarlıq maliyyə hədəfinə 7 il gecikmə ilə, yalnız 2022-ci ildə çatmaq mümkün olmuşdu. Digər tərəfdən geosiyasi qütbləşmənin və parçalanmanın dərinləşməsi, Qlobal Şimal və Qlobal Cənub arasında fikir ayrılığı, qarşılıqlı ittihamlar və günahlandırmalar Bakının qarşıya qoyduğu yeni iqlim maliyyəsi hədəfinə xeyli maneələr yaradırdı. Bütün bu obyektiv çətinliklərə bir də ölkəmiz, o cümlədən COP29 əleyhinə aparılan qarayaxma və gözdənsalma kampaniyasını da əlavə etsək, onda görərik ki, dövlətimiz hansı çağırışların və vəzifənin öhdəsindən gəlməli oldu. Bütün bunları dərindən təhlil edən Prezident İlham Əliyev çox dəqiq, ağıllı və nəticəyönümlü strategiya müəyyən etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

Onun sözlərinə görə, strategiyaya əsasən, Azərbaycan elan etdi ki, iqlim dəyişikliyi ilə bağlı qarşılıqlı ittihamlara və günahlandırmalara son qoyulması, bütün tərəflərin planetimizin xilası naminə birgə səylə çalışması, müəyyən etdiyi yeni iqlim maliyyəsi hədəfinə nail olunması üçün Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynamağa, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə, o cümlədən kiçik ada dövlətlərinə yeni imkanlar yaratmağa, bir sözlə, dünyanı birləşdirməyə hazırdır.

“Görün, Azərbaycan və onun Lideri nə qədər çətin, çətin olduğu qədər nəcib və bəşəri bir missiyanı üzərinə götürdü və bu tarixi missiyanın öhdəsindən layiqincə gəldi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, əldə etdiyi uğurlu nəticələr, qəbul olunan qərarlar, ölkəmizin təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi, Bakının füsunkar gözəlliyi, zəngin mədəniyyətimiz və mətbəximiz haqqında demək olar ki, dünyanın bütün ölkələri, mediası xoş sözlər dedilər, ağızdolusu danışdılar. Hər dəfə bu reportajlara baxanda sevinc və qürur hissi keçirirdik, ölkəmiz və dövlətimizlə fəxr edirdik.

COP29-un nəticələri haqqında ümumiləşdirmə aparanda, bu tarixi konfransın əhəmiyyəti barədə Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın Prezidenti Co Baydenin söylədiklərinə baxanda qlobal tədbirin nəticələri haqqında çox danışmağa ehtiyac qalmır. Lakin düşünürəm ki, konfransda əldə edilən qərar və gəlinən nəticələrin bəzilərini qısa şəkildə qeyd etməkdə fayda var.

Birincisi, BMT-nin sözü gedən mötəbər konfransında Bakının adı ilə bağlı 10-dan çox beynəlxalq əhəmiyyətli qərar, təşəbbüs, çağırış qəbul edildi və bir sıra istiqamətlərdə yeni koalisiyalar yaradıldı və bütün bunların hamısı Bakı adı ilə tarixə düşdü. Bu isə o deməkdir ki, uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar Bakı ilə başlayan qərarlara və təşəbbüslərə istinad edəcək və ondan faydalanacaqlar. Bu isə ölkəmizin uğurlarının daim xatırlanması və xatırladılması deməkdir.

Bunlardan ən əsası: COP29-da Bakı Maliyyə Məqsədi qəbul edildi və bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf müəyyənləşdirdi. Bura əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən ilə 300 milyard ABŞ dolları həcmində yeni illik maliyyə hədəfi daxildir. Eyni zamanda, BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 il davam edən danışıqlar Bakıda yekunlaşdı və karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çatması hədəfləndi.

Bundan başqa, “İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü”, “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”, “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası” təsis edildi, habelə “Enerji üzrə öhdəliklər”, “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”, “Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bakı Bəyannaməsi”, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yollarına dair Bakı Bəyannaməsi”, “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsi”, “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi” və digər mühüm sənədlər qəbul edildi.

Əminəm ki, Azərbaycan 2025-ci ilin noyabrına kimi COP29-un sədri və sonrakı illərdə “COP Troykası”nın üzvü olaraq Bakıda qəbul olunmuş qərarların və əldə edilmiş razılaşmaların icrası, bir sıra təşəbbüslərin institutlaşması istiqamətində missiyasını və qlobal liderliyini uğurla davam etdirəcək”, - deyə A.Quliyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri