Icma.az
close
up
RU
Azərbaycanın sədrliyi ilə ilk Beyin Mərkəzləri Forumu TƏHLIL

Azərbaycanın sədrliyi ilə ilk Beyin Mərkəzləri Forumu TƏHLIL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev: "Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür"

Dünyanın inkişaf etmiş ölkələri sırasında olan Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara yüksək səviyyədə ev sahibliyi edir və dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf modelinə malik olan Azərbaycan müasir dünyanın çağırışlarına cavab verən və daim narahatçılıq yaradan məsələlərlə bağlı tədbirlərin təşkil edilməsinə önəm verir.

Beynəlxalq tədbirlər mərkəzinə çevrilən Azərbaycan öz yüksk səviyyəli təşkilatçılığı və təcrübəsi ilə diqqəti çəkir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusundakı ikigünlük forum təşkil edilən beynəlxalq tədbirlərin davamıdır.

Forumun birinci günündə "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi – Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi", "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq", "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir kəmər, bir yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" mövzuları ətrafında müzakirələr aparılıb. Builki toplantı xüsusi önəm daşıyır, çünki bu Azərbaycan sədrliyi ilə keçirilən ilk beyin mərkəzləri forumudur. "İlk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur". Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.

"BEYİN MƏRKƏZLƏRİ HƏM MİLLİ, HƏM DƏ BEYNƏLXALQ SƏVİYYƏDƏ QƏRARLARIN DAHA SƏMƏRƏLİ VƏ DÜZGÜN QƏBULUNA ÖZ TÖHFƏLƏRİNİ VERİRLƏR"

Bu gün Asiya elm və texnologiya sahəsində yüksələn nüfuzu ilə qlobal inkişafın mühüm mərkəzinə çevrilir. Dövlətlərin artan qarşılıqlı asılılığı fonunda AQEM-in dəyəri bir daha aydın görünür. Bu platforma Asiya ölkələrinin strateji baxışlarını bölüşməsi üçün vacib platformadır. Asiyanın dünya səhnəsində yüksələn təsiri AQEM-in əhəmiyyətini daha da artırır. Regional sabitlik isə həlledici rol oynayacaq. "Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır", - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.

Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu günlərdə Çinə işgüzar səfəri əlaqələrin yüksək səviyyədə oluğunun göstəricisidir. Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. "Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir", - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir. Bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur.

"COP29-UN UĞURLU NƏTİCƏLƏRİ "BAKI SIÇRAYIŞI" KİMİ TARİXƏ DÜŞMÜŞDÜR"

Müasir dövrümüzdə AQEM yeni inkişaf yoluna qədəm qoyib. Bu il diqqətin ətraf mühit məsələlərinə yönəldilməsi böyük əhəmiyyət kəsb edib. Azərbaycanın COP29-a ev sahibliyi regional iqlim diplomatiyasını yeni səviyyəyə yüksəldib. Bu sahə gələcəkdə AQEM-in əsas sütunlarından biri olacaq. Üzv dövlətlərin əməkdaşlıq və dialoqa maraq göstərməsi isə müzakirələrin davam etdirilməsi üçün güclü zəmin yaradıb. Bütün bu proseslər AQEM-in yeni inkişaf yoluna qədəm qoyduğunu göstərir. Təşkilatın daha strukturlaşdırılmış və çoxölçülü çərçivəyə doğru irəlilədiyi bir dövrdə Beyin Mərkəzləri Forumu öz araşdırmaları, strateji baxışları və siyasi təhlilləri ilə bu transformasiyanı dəstəkləmək niyyətindədir.

Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir.

Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ölkəmizin ev sahibliyi etməsi növbəti uğurumuzdur. Bu, dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətinin ən böyük uğuru kimi səciyyələnir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsindən qaynaqlanaraq Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yetirir. Planetimizi narahat edən iqlim dəyişikliyi ilə bağlı məsələlər məhz Bakıda müzakirə olunaraq həll yolları axtarılır. Azərbaycanda COP29-n yüksək səviyyədə keçirilməsi onun yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir. Azərbaycan Prezidentini müracətində bildirdiyi kimi, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış etmiş, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışmışdır: "Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşmüşdür. Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik".

Azərbaycanın COP29-a ev sahibliyi regional iqlim diplomatiyasını yeni səviyyəyə yüksəldib. Bu sahə gələcəkdə AQEM-in əsas sütunlarından biri olacaq. Üzv dövlətlərin əməkdaşlıq və dialoqa maraq göstərməsi isə müzakirələrin davam etdirilməsi üçün güclü zəmindir.

"QLOBAL CƏNUB ÖLKƏLƏRİ YENİ ƏDALƏTLİ DÜNYA NİZAMININ FORMALAŞDIRILMASINDA YAXINDAN İŞTİRAK ETMƏLİ VƏ BU İŞƏ ÖZ TÖHFƏLƏRİNİ VERMƏLİDİRLƏR"

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərib. Xatırladaq ki, qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətlərə yardımlar etdi. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Vaxtı ilə maliyyə yardımı alan Azərbaycan artıq fəal donor ölkəyə çevrilib. 2019-cu ildə keçirilən Bakı sammitində Azərbaycan Prezidenti ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu da diqqətə çəkmişdir. Azərbaycan inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir.

"Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır, - deyə Prezident bildirib.

"ZƏNGƏZUR DƏHLİZİ YAXIN GƏLƏCƏKDƏ QİTƏLƏRİ BİRLƏŞDİRƏN MÜHÜM NƏQLİYYAT BAĞLANTISI ROLUNU OYNAYACAQDIR"

Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri uğurla davam edir. Müstəqil dövlətimiz Zəfər tarixi ilə güclü və qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində Azərbaycan regionda yeni reallıqlar yaradıb. "Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır", - deyən Prezident qeyd edib ki, keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır: "Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək".

Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkilinin artıq ənənə halını aldığını diqqətə çəkən Azərbaycan Prezidenti ölkəmizin cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etdiyini, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşdığını bildirib: "Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir".

Gələn ilin payızında isə Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır: "Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur, - deyən dövlətimizin başçısı qeyd edib ki, biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik: "Əminəm ki, nüfuzlu beyin mərkəzlərinin iştirakı ilə keçirilən hazırkı Forum Azərbaycan sədrliyinin prioritetləri də daxil olmaqla AQEM-in gündəliyində duran qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə dəyərli töhfə verəcəkdir".

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri