Icma.az
close
up
RU
Azərbaycanın rolu beyin mərkəzləri tərəfindən də təhlil edilir MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanın rolu beyin mərkəzləri tərəfindən də təhlil edilir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"ADA Universitetinin təşkil etdiyi beynəlxalq forum hər zaman aktual siyasi məsələlərin, geosiyasi proseslərin müzakirəsi ilə diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

O bildirib ki, bu səbəbdən foruma maraq ilbəil artır: "Təsadüfi deyil ki, budəfəki foruma rekord sayda iştirakçı qatılmışdı və onların yarıdan çoxu ilk dəfədir ki, bu foruma qatılırdı. Ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti bu dəfə də dünyada və regionda baş verən siyasi proseslərə münasibət bildirdi.

Azərbaycanın Mərkəz Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərə iştirakçı qismində cəlb edilməsi beyin mərkəzləri tərəfindən də təhlil edilir. Bu mövzuda suala cavab olaraq, dövlət başçımız da bildirdi ki, Azərbaycanın əlverişli coğrafiyası, aparılan düzgün siyasət ölkəmizin Mərkəzi Asiya və Avropa regionu arasında körpü kimi önəmini artırır. İndiki mürəkkəb şəraitdə Azərbaycan kimi sülhpərvər aktorlara ehtiyac var. Ermənistanla normallaşma prosesi və bu kontekstdə Cənubi Qafqazda geosiyasi vəziyyət də ən çox maraq kəsb edən mövzulardandır. Ölkə başçısı bir daha bəyan etdi ki, bu regionda dayanıqlı sülh və təhlükəsizlik vacibdir. Amma Ermənistan təəssüf ki, silahlanma və revanşa üstünlük verir. Forum iştirakçılarına da məlumat verildi ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırır. Elə Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etməməsi də bununla bağlıdır.

Bu gün Cənubi Qafqazda ayırıcı xətlər çəkmək istəyənlər bu məkrli planlarını Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Gürcüstanla mövcud olan normal qonşuluq münasibətləri isə regionun strateji əhəmiyyətə malik bölgəyə çevrilməsinə zəmin yaradıb. Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi, eyni zamanda bu yaxınlarda yeni prezidentin ölkəmizə gözlənilən səfəri Bakı ilə Tbilisi arasında nümunəvi münasibətlərin göstəricisidir. Amma Avropadakı qərəzli dairələr uğurlu Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsi olan Orta dəhliz məsələsində Ermənistanın rolunu qabartmağa çalışır, Gürcüstanı isə görməzdən gəlir. “Halbuki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır” deyən dövlət başıçımız Aİ-ni Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərindən uzaq durmağa çağırdı. Çünki Aİ-nin bu prosesdəki fəaliyyəti destruktiv xarakter daşıyır. Bu mənada Avropa bürokratlarının yanaşması qəbuledilməzdir".

"Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, cənab Prezident Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı. D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.

Ölkə başçısı həmçinin Qərb dairələrinin vətəndaş cəmiyyətləri üzərindən ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da iflasa uğradığını xatırlatdı. Yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlərin indi qeydiyyatdan keçməsi bu çirkin siyasətin də qarşısını almağa imkan verdi. Tamamilə korrupsiyaya uğramış bir qurum olan USAİD-in, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi”nin fəaliyyətini dayandırılmasından sonra bütün bu qərəzli infrastruktur tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri