Icma.az
close
up
RU
Azərbaycanın şimalında yeni təhlükə: evlərə dolur… FOTOLAR KONKRET

Azərbaycanın şimalında yeni təhlükə: evlərə dolur… FOTOLAR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqust ayından başlayaraq Balakən və Zaqatala rayonlarının meşəlik ərazilərində karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə təsadüf edilməyə başlanılıb. Sakinlərin sözlərinə görə tırtıllı qurda bənzər bu kəpənəklər təsərrüfatlara yaxınlıqdakı meşəliklərdən yayılıb və hər gün sayları artmaqdadır.

KONKRET.az bizim.media-ya istinadən xəbər verir ki, tırtıllı qurdlar bağ və təsərrüfatlarla yanaşı həm də evlərə hücum çəkir, qışlamaq üçün yer seçirlər.

Son üç ildə Şimal-Qərb bölgəsində, xüsusən də Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığı deyilən böcək aqrar sektora ciddi ziyan vururdu.

Bu ilin avqustundan etibarən isə başqa bir böcək, özünü qurd formasında göstərən, Amerika ağ kəpənəyi adlanan tırtıllı qurdlar peyda olub ki, rayonun əksər təsərrüfatlarına yayılıb. İstər fındıq bağları, istər ipəkçilik , bostan-tərəvəz məhsullarına zərər vurur. Bununla yanaşı, tırtıllı qurdlar binalara çəkilir və burada özləri üçün qışlama yeri hazırlayırlar. Bu isə o deməkdir ki, yaxın vaxtlarda yumurta buraxaraq sayları bir neçə dəfə artacaq.


Sakinlərin və mütəxəssislərin sözlərinə görə ağ kəpənəklər rayon ərazisindəki meşəliklərdən yayıldığından bununla əlaqədar artıq iki həftədir profilaktik tədbirlər görülür. Qurdların məhv edilməsi məqsədi ilə bağlara, meşəlik ərazilərə tüstüləmə üsulu həmçinin dərmanlama yolu ilə tədbirlər görülür.

Kortala kənd sakini Arif Havlayev ağ kəpənəyin neçə peyda olmasından bəhs edərkən bildirib ki, ötən ildən çox az sayda peyda olub. Sakinlər o qədər də fərqinə varmayıblar. Demə ötən il onlar yaxşıca yumurta qoyaraq saylarını artırıb.


Digər kənd sakini Azər Kərimov isə belə qənaətə gəlib ki, bu qurdlar əvvəlki illər mövcud olan qəhvəyi mərmər bağacığının süfrələrindən peyda olub:

“Tək bizim kəndimiz deyil, rayonun bəzi əraziləri, əsasən meşəliklər bu Amerika kəpənəyinin fəsadlarının qurbanı olub. Bağlarımızı, bostanlarımızı, bu böcək öz təsiri altına alıb, ağacların yarpaq və digər məhsullarını yeməklə getdikcə artır. Böyük ehtimalla ağacların məhvı gedir”.

Balakənin üç ən iri yaşayış məntəqələrini birləşdirən Kortala bələdiyyəsinin sədri Elşad Balayev görülən tədbirlərə, qabaqlayıcı dərmanlamaya baxmayaraq  zərərvericinin sayının hər gün artdığını deyir.


Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Turac Səfərli bildirir ki, Balakən və Zaqatala rayonlarında meşə fondu ərazilərində Amerika ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirlərinə dəstək göstərilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında Agentlik tərəfindən müvafiq dərman preparatları ayrılıb, texniki vasitələr səfərbər olunaraq mübarizə tədbirlərinə cəlb olunub.

Həmçinin monitorinqlərə və mübarizə tədbirlərinə Agentliyin yerli mütəxəssisləri cəlb edilib.

Bildirildi ki, zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Onun yayılmasının qarşısını almaq üçün karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə tətbiqi zəruridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri