Icma.az
close
up
RU
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında KONKRET

Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzərdən sonra Azərbaycanın ən böyük gölü olan Sarısuyun səviyyəsi azalıb. Mütəxəssislər bunu əsasən iqlim dəyişikliyi, quraqlıq və Kür çayında suyun azalması ilə əlaqələndirirlər. Lakin son günlər Kürdə bol sululuq və daşqın hallarının müşahidə olunması məsələ ətrafında yeni müzakirələr yaradıb.

Maraqlıdır, çayda baş verən bol sululuq Sarısuya niyə təsir göstərmir? Göldə suyun səviyyəsinin enməsinin qarşınısı necə almaq olar? İqlim dəyişikliyi bu prosesə hansı formada təsir edir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Sarısu Kür hövzəsi ilə əlaqəli iri bataqlıq göl sistemidir:

“Onun taleyi həm iqlim dəyişikliklərindən, həm də insanın su idarəetməsi ilə bağlı fəaliyyətindən ciddi şəkildə asılıdır. Son illərdə göldə su səviyyəsinin azalması bir neçə amilin eyni vaxtda təsir göstərməsi ilə əlaqəlidir. İlk növbədə, iqlim dəyişikliyi nəticəsində temperatur yüksəlir, yay mövsümü daha uzun və isti keçir. Bu isə buxarlanmanı artırır və göldə suyun səviyyəsinin azalmasına səbəb olur. Sarısu dayaz göl olduğuna görə buxarlanma burada daha sürətlə gedir. Xüsusilə quraq və isti dövrlərdə su itkisi daha da artır. Əvvəllər gölə daxil olan və çıxan su arasında müəyyən tarazlıq mövcud idi. Hazırda isə buxarlanma nəticəsində itirilən suyun həcmi daxil olan sudan çoxdur və bu fərq gölün səviyyəsinin enməsi ilə müşahidə olunur”.

Ekoloq bildirib ki, yağıntı rejimindəki dəyişikliklər də vəziyyətə təsir edir:

“Yağışlar tamamilə yox olmasa da, mövsümi bölgü dəyişib. Qısamüddətli güclü yağışlar və uzun quraqlıq dövrləri müşahidə olunur. Bu isə gölü qidalandıran kiçik çayların və yeraltı suların azalmasına gətirib çıxarır. Kür çayı hövzəsində də dəyişikliklər baş verir. Dağlardakı qar ehtiyatları azalır və daha tez əriyir. Nəticədə yay aylarında çaylarda suyun səviyyəsi aşağı düşür. İlin ən isti dövründə gölə çatmalı olan suyun azalması da Sarısuya mənfi təsir göstərir. Aran zonasında müşahidə olunan isti küləklər və quraqlıq da dayaz suların çəkilməsini sürətləndirir. Torpaq quruduqca daha çox su udur və bu da gölün səviyyəsinin azalmasına əlavə təsir göstərir. Əksəriyyət hesab edir ki, Kürdə bol su varsa, yaxınlıqdakı göllər də avtomatik olaraq dolmalıdır. Lakin hidrologiyada proseslər bu qədər sadə deyil. Sarısu gölü Kürlə daimi açıq əlaqədə deyil. Əvvəllər daşqın suları və təbii kanallar vasitəsilə göl daha aktiv qidalanırdı. Hazırda isə bəndlərin tikilməsi, kanalların dəyişdirilməsi, meliorasiya sistemində aparılan işlər və torpaqların qurudulması təbii su dövranını zəiflədib. Buna görə də Kürdə daşqın olsa belə, həmin su avtomatik şəkildə Sarısu hövzəsinə daxil olmur. Müasir hidrotexniki sistemlərin əsas məqsədi kənd təsərrüfatı sahələrini və yaşayış məntəqələrini daşqınlardan qorumaqdır. Bu səbəbdən daşqın suları çox vaxt başqa istiqamətlərə yönləndirilir və göllərdə saxlanılmır. Qısamüddətli sel və daşqınlar isə göl üçün davamlı qidalanma mənbəyi hesab oluna bilməz”.

Ekspertin sözlərinə görə, Sarısu dayaz göl olduğu üçün xüsusilə həssasdır:

“Su səviyyəsi azaldıqca səth sahəsi kiçilir, su daha çox qızır və buxarlanma sürətlənir. Beləliklə, proses özünü daha da gücləndirir. Mütəxəssislərin iştirakı ilə göldə geniş monitorinq və elmi araşdırmalar aparılması vacibdir. Problemin həlli üçün bir neçə təklifim var. Əvvəla, Kür çayından ekoloji məqsədlər üçün müəyyən həcmdə su ayrılması gölün qorunmasına kömək edə bilər. Bir çox ölkələrdə bu təcrübə tətbiq olunur. Digər vacib addım gölü qidalandıran tarixi kanalların və bataqlıq əlaqələrinin bərpasıdır. Bu halda daşqın sularının bir hissəsini yenidən Sarısuya yönləndirmək mümkün ola bilər. Əlbəttə, bu proses kənd təsərrüfatına və yaşayış məntəqələrinə zərər vermədən həyata keçirilməlidir. Qamışlıq və bataqlıq zonalarının qorunması da mühüm əhəmiyyət daşıyır. Qamışlıqlar suyun saxlanmasına və buxarlanmanın azalmasına kömək edir. Eyni zamanda, onlar quşların və balıqların yaşayış mühitinin qorunmasında vacib rol oynayır. Suvarma sistemlərində itkilərin azaldılması da vacib məsələlərdən biridir. Açıq kanallarda suyun böyük hissəsi sızma və buxarlanma nəticəsində itir. Müasir suvarma texnologiyalarının tətbiqi həm su itkilərini azalda, həm də göllərin qorunmasına əlavə imkan yarada bilər.

Bütün bunlarla yanaşı, regional iqlim strategiyasının hazırlanmasına ehtiyac var. Bu problem yalnız bir göllə məhdudlaşmır. Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionunda su ehtiyatlarının azalması, temperaturun yüksəlməsi və yarımsəhra zonalarının genişlənməsi uzunmüddətli su siyasətinin hazırlanmasını zəruri edir. Əgər mövcud proses davam etsə, gələcəkdə göl hissələrə parçalanaraq duzluluğun artması mümkündür. Bu isə balıq və quş populyasiyasının azalması, ərazinin duzlu bataqlığa çevrilməsi və həm ekologiya, həm kənd təsərrüfatı, həm də yerli iqlim üçün ciddi problemlərin yaranması ilə nəticələnə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 May 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri