Icma.az
close
up
RU
Azərbaycanın statusu ilə bağlı yenilik: Hacıyev tarix verdi, Avropaya çağırış edildi

Azərbaycanın statusu ilə bağlı yenilik: Hacıyev tarix verdi, Avropaya çağırış edildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “EU Today”ə müsahibəsində Rusiya və İranla münasibətlər, o cümlədən Avropa İttifaqının (Aİ) Zəngəzur dəhlizi layihəsi və ümumilikdə regiona yanaşmasından danışıb.

Hacıyev bildirib ki, Azərbaycan Aİ-nin “Qlobal Qapı” təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir. Prezidentin köməkçisi həmçinin Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacağını və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşasının 2026-cı ilə qədər başa çatacağını açıqlayıb. Hikmət Hacıyev Bakının Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olacağını vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı son bəyanatları ölkənin təşəbbüsü ilə formalaşan yeni nəqliyyat arxitekturasının artıq regional çərçivəni aşaraq qlobal oyunçuları cəlb etdiyini göstərir:

“Prezidentin köməkçisi Hikmət Hacıyevin bəyanatında ən çox diqqət çəkən məqam Azərbaycanın Avropa İttifaqını “yeni nəqliyyat kompozisiyası”nda görmək istəməsidir. Bu, təsadüfi deyil, çünki Zəngəzur dəhlizi təkcə fiziki yol yox, eyni zamanda Cənubi Qafqazın siyasi xəritəsini yenidən formalaşdıran strateji layihədir. Azərbaycanın dəhlizin öz ərazisinə düşən hissəsini 2026-cı ilə qədər tamamlamaq niyyəti isə bu prosesdə Bakının lider mövqeyini bir daha təsdiqləyir.


Züriyə Qarayeva 

Aİ-nin iştirakına çağırış, həm də Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsünün mahiyyətinə uyğundur. Brüssel Çinlə geoiqtisadi rəqabətdə Avrasiyada yeni və etibarlı alternativ marşrutlar yaratmağa çalışır və Azərbaycan burada ən uyğun tərəfdaş kimi çıxış edir. Zəngəzur dəhlizinin illik 15 milyon ton yükötürmə potensialı, həmçinin Azərbaycanın artıq formalaşdırdığı Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə inteqrasiya imkanı Aİ üçün ciddi strateji cazibə yaradır. Bu iştirak yalnız logistika imkanlarını artırmayacaq, həm də Avropanın Cənubi Qafqazda siyasi varlığını gücləndirəcək.

Nəticə etibarilə, Azərbaycanın Zəngəzur dəhlizi üzərində qurduğu yanaşma bölgəyə yeni oyunçuların daxil olacağını göstərir və bu oyunun qaydalarını Bakı müəyyənləşdirir. Aİ-nin prosesə qoşulması Cənubi Qafqazda güc balansını dəyişərək Azərbaycanın tranzit mərkəzi statusunu daha da möhkəmləndirəcək. Bakı bu dəhlizi təkcə türk dünyası ilə əlaqə xətti kimi deyil, həm də Qərb–Asiya strateji inteqrasiyasının əsas sütunlarından biri kimi təqdim etməyə başlayır. Bu isə Zəngəzur dəhlizini regional layihə olmaqdan çıxarıb qlobal geosiyasi platformaya çevirir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri