Azərbaycanın stolüstü tennisçisi “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
İstedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. O.Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb. Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Azərbaycan təmsilçisi də yer alır.
Qeyd edək ki, “Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















