Icma.az
close
up
RU
Azərbaycanın strateji manevr imkanları: “Riskləri minimuma endirir”

Azərbaycanın strateji manevr imkanları: “Riskləri minimuma endirir”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur”. 

Bu sözləri Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır: 

“Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. 

Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”. 

Qeyd edək ki, Azərbaycanın maliyyə sabitliyinin mühüm göstəricilərindən biri xarici borcun aşağı səviyyədə olmasıdır. Hazırda ölkənin xarici borcu ümumi daxili məhsula nisbətdə cəmi bir neçə faiz təşkil edir. 

Bu isə dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 16-17 dəfə üstələməsi də çox mühüm amildir. Belə göstərici ölkənin maliyyə təhlükəsizliyini təmin edir, iqtisadi müstəqilliyini gücləndirir və hər hansı maliyyə təzyiqlərinə qarşı dayanıqlığı artırır. 

Nəticə etibarilə, Azərbaycanın bu sahədə əldə etdiyi nəticələr onu dünya üzrə aparıcı ölkələr sırasına çıxarır. Bu da Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düzgün iqtisadi strategiyanın göstəricisi kimi dəyərləndirilir. 

Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son illər Azərbaycanın makroiqtisadi göstəriciləri regionda və beynəlxalq miqyasda diqqətçəkən səviyyəyə yüksəlib: 

“Xüsusilə ölkənin xarici borcunun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının bu borcu 16-17 dəfə üstələməsi Azərbaycanın maliyyə dayanıqlığının əsas göstəricilərindən biri hesab olunur. Bu amil ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. 

Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti beynəlxalq standartlarla müqayisədə olduqca aşağıdır. Bu isə o deməkdir ki, ölkə borclanmanı nəzarətdə saxlayır və gələcək nəsillər üçün ağır maliyyə yükü formalaşdırmır. Xarici borcun idarə olunmasında ehtiyatlı və balanslaşdırılmış siyasət aparılması dövlət maliyyəsinin sağlamlığını təmin edir”. 

Millət vəkili diqqətə çatdırıb ki, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi Azərbaycanın mümkün qlobal maliyyə şoklarına qarşı yüksək müqavimət qabiliyyətinə malik olduğunu göstərir: 

“Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları hesabına formalaşan bu maliyyə buferi milli valyutanın sabitliyini qoruyur, investor inamını artırır və iqtisadi riskləri minimuma endirir. Məhz bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasında yer alır. 

Güclü valyuta ehtiyatları ölkəyə strateji manevr imkanları yaradır. İnfrastruktur layihələrinin maliyyələşdirilməsi, sosial proqramların icrası və iqtisadi şaxələndirmə prosesləri üçün əlavə imkanlar məhz bu sağlam maliyyə bazası üzərində qurulur”. 

Jalə Əliyeva onu da söyləyib ki, bu isə uzunmüddətli və davamlı iqtisadi inkişafın əsasını təşkil edir:

“Yəni Azərbaycanın aşağı xarici borc səviyyəsi və yüksək valyuta ehtiyatları ölkənin müstəqil iqtisadi siyasət yürütmək qabiliyyətini gücləndirir. Bu model fiskal intizamın, strateji planlamanın və məsuliyyətli idarəetmənin uğurlu nümunəsi kimi beynəlxalq arenada da müsbət qiymətləndirilir. İqtisadi sabitliyin qorunması isə ölkənin gələcək inkişaf perspektivləri üçün etibarlı zəmin yaradır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Prezident iqtisadiyyat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri