Icma.az
close
up
RU
İqtisadçı: Azərbaycanın valyuta ehtiyatları iqtisadi riskləri sığortalayır

İqtisadçı: Azərbaycanın valyuta ehtiyatları iqtisadi riskləri sığortalayır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 5-də dünya birjalarında neft qiymətlərində baş verən kəskin eniş qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi bir qədər də artırıb. Neft ixracatına əsaslanan ölkələr, o cümlədən Azərbaycan üçün bu proseslər xüsusi əhəmiyyət daşıyır. Qiymətlərin azalması fonunda Mərkəzi Bank tərəfindən iqtisadi sabitliyin qorunması və milli valyutanın məzənnəsinə təzyiqlərin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər diqqət mərkəzindədir.

Mərkəzi Bankdan Globalinfo.az-a bildirilib ki, qurum qlobal iqtisadi prosesləri və enerji qiymətlərinin dinamikasını davamlı şəkildə izləyir. Bankın məlumatına görə, hazırkı neftin faktiki və proqnozlaşdırılan qiyməti Azərbaycanın tədiyə balansının cari əməliyyatlar balansı üçün nəzərdə tutulan tarazlı qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə ölkənin iqtisadi dayanıqlığını gücləndirən mühüm amildir.

Bank əlavə edib ki, son illərdə ixracın şaxələndirilməsi və xüsusilə təbii qaz ixracının artması neftin qiymət dəyişikliklərinin tədiyə balansına təsirini müəyyən dərəcədə məhdudlaşdırıb.

Valyuta bazarındakı vəziyyət bir sıra amillərlə – tədiyə balansı, fiskal sektorun valyuta tələbi və təklifi, eləcə də məzənnə gözləntiləri ilə müəyyən olunur. Bu il üzrə cari əməliyyatlar balansında profisit proqnozu, fiskal sektorun valyuta təklifinin ötən illə müqayisədə daha yüksək olması və məzənnə ilə bağlı sabit gözləntilər yaxın perspektivdə valyuta bazarında əhəmiyyətli risklərin yaranmayacağını göstərir.

Mərkəzi Bank bildirib ki, qiymət sabitliyinin qorunmasına yönəlmiş siyasət davam etdiriləcək və makroiqtisadi sabitliyin təmin olunması əsas prioritetlərdən biri olaraq qalır: “Neft qiymətlərindəki enişə baxmayaraq, Azərbaycanın tədiyə balansı və valyuta bazarında sabitlik riski azdır. Mərkəzi Bank qlobal iqtisadi prosesləri izləyir, enerji qiymətlərini nəzarətdə saxlayır və hazırkı neft qiymətləri hələ də ölkə üçün sərfəlidir. Tədiyə balansında profisit gözləntiləri, fiskal sektorun valyuta təklifinin yüksək olması və məzənnə ilə bağlı sabit gözləntilər Mərkəzi Bankın qiymət və valyuta sabitliyi siyasətini davam etdirməyə imkan verir”.


İqtisadçı- ekspert Eldəniz Əmirov da Sherg.az-a açıqlamasında bildirib ki, qeyri-müəyyən qlobal iqtisadi mühitə baxmayaraq, Azərbaycanın maliyyə dayanıqlığı təmin olunub: 


“Hazırda dünya iqtisadiyyatında baş verən proseslər qlobal bazarlarda qeyri-müəyyənliklərin artmasına səbəb olur.  Bu vəziyyət də  xüsusilə neft bazarına və neftdən asılı olan ölkələrin iqtisadiyyatlarına birbaşa təsir göstərir.

Qeyri-müəyyən iqtisadi fonda neft qiymətləri dalğalanır və bu, təbii ki, neftdən asılı ölkələrin valyuta ehtiyatlarına və digər makroiqtisadi göstəricilərinə təsirsiz ötüşmür. Lakin bu təsirin miqyası ölkədən-ölkəyə fərqli olur”. 


Azərbaycanın bu baxımdan nisbətən sabit mövqedə olduğunu vurğulayan ekspert qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları riskləri sığortalayır: 

“Həm Mərkəzi Bankın, həm də Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksəkdir. Bu da neft qiymətlərində baş verə biləcək ucuzlaşmaların iqtisadiyyata mümkün mənfi təsirlərini sığortalamaq üçün yetərlidir".


E.Əmirovun fikrincə, hətta valyuta ehtiyatlarının yüksək olmaması halında belə, neftin 60-70 dollar intervalında dəyişməsi iqtisadi sabitlik üçün ciddi təhlükə yaratmır:

 “2025-ci ilin birinci rübündə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 77 dollar olub. Əgər ilin üçüncü rübündə bu qiymət 63 dollar olsa belə, dövlət büdcəsi qarşısında götürülmüş öhdəliklərin icrası üçün heç bir problem yaranmaz. Orta qiymət təxminən 70 dollara bərabər olacaq ki, bu da dövlət büdcəsində neftin baza qiyməti kimi müəyyənləşdirilmiş göstəriciyə tam uyğundur”.


Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti geosiyasi risklərin və bazar dəyişikliklərinin iqtisadiyyata təsirlərini minimuma endirmək məqsədilə valyuta və maliyyə strategiyasında çoxsəviyyəli ehtiyat planlar hazırlayıb: 

“Hazırkı qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində belə Azərbaycanın makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığı qorunur və bu, uzunmüddətli düşünülmüş strategiyanın nəticəsidir. Müşahidələrimiz də göstərir ki, hökumətin A, B, hətta C səviyyəli alternativ ssenarilər mövcuddur və bu yanaşma ölkənin iqtisadi təhlükəsizliyini təmin edən mühüm faktorlardandır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:395
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri