Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 15 dəfəyə yaxın üstələyir
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ilin 1 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.
Bu barədə Maliyyə Nazirliyi məlumat verir.
Qeyd edək ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10.5 dəfə, 2024-cü ildə isə 13.9 dəfə çox idi.
Xatırladaq ki, 1 aprel 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5.067 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. 2025-ci ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















