Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 16 dəfəyə yaxın üstələyib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci ilin 1 iyul tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri və Azərbaycan Mərkəzi Bankının ehtiyyatları) ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% və ya 7 milyard 931.3 milyon ABŞ dolları artaraq 77 milyard 669,5 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, cari il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5010,7 milyon ABŞ dollarına ( 8 518,19 milyon manat) bərabər olub və bu il üzrə proqnozlaşdırılan ÜDM-in 6.6%-ni təşkil edib.
Beləliklə, hesabat tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 15.5 dəfə üstələyib.
Xatırladaq ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10.5 dəfə, 2024-cü ildə isə 13.9 dəfə çox idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















