Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Azərbaycanın sülh prinsipiallığı Ermənistan üçün ev tapşırığı

Azərbaycanın sülh prinsipiallığı Ermənistan üçün ev tapşırığı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Geri dönüş olmamalıdır, növbəti “12 dəqiqə” yolverilməzdir

“Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”. Bu fikirləri Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı səsləndirib.

Avqustun 8-də isə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına doğru çox ciddi addım atıldı. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı. Hadisə hər iki ölkə liderinin görüşünün nəticələrinə dair Birgə Bəyannamədə əksini tapdı. O Bəyannamədə ki, orada ABŞ Prezidenti Donald Trampın da imzası var.

Prezident İlham Əliyev Ağ Evdə Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyanla birgə mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində müstəqillik əldə etdikdən sonra müharibə şəraitində olub: “Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.

Prezident Tramp da bəyanatında 35 ildən artıq davam etmiş münaqişənin insanlara əziyyət və məhrumiyyət gətirdiyini vurğuladı. Sülhün vacibliyi ritorikasına köklənmiş ABŞ lideri, həmçinin, indiyədək bir çox ölkələrin, Avropa İttifaqının və Rusiyanın konfliktin həlli ilə bağlı gərgin çalışdığını, lakin əməli nəticəyə nail ola bilmədiyini diqqətə çatdırdı. Əlbəttə, o, özünün ənənəvi atmacasından da qalmadı: “Ayaq üstə yuxulayan Co Bayden də bu məsələ ilə məşğul olmağa çalışıb, ancaq nəticəsi necə olub bəllidir. O, yəqin ki, bu işə 12 dəqiqə vaxt sərf edib”.

Qeyd edək ki, Trampın 12 dəqiqə məntiqinin səmərəsizlik preambulası, əslində, təkcə Birləşmiş Ştatların sabiq dövlət başçısı Baydenə ünvanlanmış mesaj deyil. Məlumdur ki, uzun illər ərzində Bakı ilə İrəvan arasındakı münaqişənin həllinə laqeyd yanaşılıb. Daha doğrusu, yanaşma işğalın leqallaşdırılmasına yönəlib. Ermənistanın da çalışdığı bu olub. 2020-ci ilin 44 günlük müharibəsindən sonra da rəsmi İrəvanın Qarabağ avantürasını davam etdirmək əzmi, müxtəlif manipulyasiyaları nəzərimizdən yayınmayıb. Görünür, elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Ermənistana inam xüsusunda bəzi məqamlara toxundu. Dövlətimizin başçısının konkret nədən söz açdığını bildirəcəyik. Hələlik isə Paşinyanın Vaşinqtondakı birgə mətbuat konfransında dilə gətirdiyi bir fikri diqqətə çatdıraq. Baş nazir dedi ki, ABŞ-da Ermənistan-Azərbaycan münasibətlərində mühüm nailiyyət əldə edilib. Ölkələr keçmiş tarixlərindən fərqli olacaq yeni hekayənin təməlini qoyub: “Sülh sazişinin paraflanması ölkələrimiz arasında onilliklərdir davam edən münaqişəyə son qoyulmasına yol açacaq, onlar üçün bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq, yeni dövrü başladacaq. Bu gün Prezident Trampın şahidliyi ilə onun da imzaladığı bəyannamə daha çox əminlik və inam yaradır ki, biz Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlıq səhifəsini açırıq”.

Bəli, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bildirmişdi ki, “amma erməni həmkarımla uzun diskussiya zamanı müzakirə etdiyimiz mövzulardan biri də tərəflər arasında etimadın çox aşağı səviyyədə olması idi. Bu, tamamilə başadüşüləndir. Bizə gəlincə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir zəmanət var? Etimologiyanı, şüurun təkamülünü nəzərə alsaq, mənim belə bir təminatım yoxdur”.

Görünür, elə məhz bu səbəbdəndir ki, dövlətimizin başçısı Vaşinqtonda mətbuata birgə bəyanatında vurğuladı: “İlk növbədə, qeyd etmək istərdim ki, bu gün biz artıq neçə vaxtdır danışıqlar prosesində olan sülh sazişini parafladıq. Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların hörmətli Prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə yoxdur. Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək”.

Göründüyü kimi, Prezident İlham Əliyevin fikirləri də sülh prosesini tam və möhkəm təminat altına almaq və dünyanın diqqətini ona cəlb etmək məqsədi daşıyır. Bütün razılıqlar əldə olunubsa, hər bir məsələ ətrafında ortaq məxrəcə gəlinibsə, deməli, qarşıda duran vəzifə öhdəlikləri yerinə yetirməkdir. İndiki halda, sözünü tutmalı olan tərəf Ermənistan rəhbərliyidir. Öhdəliklər isə Birgə Bəyannamədə çox açıq şəkildə əksini tapıb. Onlardan birincisi ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturlarının bağlanmasıdır ki, sənəddə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasa şahidlik əksini tapdı, habelə qurumun bütün iştirakçı dövlətləri bu qərarın qəbuluna çağırıldı. Ermənistanın ikinci öhdəliyinə gəlincə, bu, konstitusiya dəyişikliyidir. Nəzərə alaq ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Minsk qrupunun buraxılması ilə yanaşı, dəyişikliyin də sülh müqaviləsinin imzalanması yolundakı əsas maneə olduğunu demişdi.

Başlıca məqamlardan biri də odur ki, dövlətimizin başçısı məhz həmin görüşdə barış sazişinin paraflana biləcəyindən söz açmışdı. Yəni, faktiki olaraq, iyulun 19-da avqustun 8-də yaşananların Azərbaycanın iradəsi daxilində olduğunu təsdiqləmişdi: “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır”.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanmasına çox yaxın olduqlarını da vurğulamış, prosesin geridönməz xarakter aldığı fikrini bölüşmüş, həmçinin, bir daha qətiyyətli mövqe ortaya qoymuşdu. “Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq”, - deyən ölkəmizin lideri Vaşinqtonda media nümayəndələrimizin suallarını cavablandırarkən də, Ermənistan üçün ev tapşırığını xatırlatmışdı: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Sonda ümumiləşdirmə apararaq, Prezident İlham Əliyevin Ermənistan üçün müəyyənləşdirdiyi ev tapşırığı məntiqi üzərində dayanaq. Əslində, dövlətimizin başçısının istər Vaşinqtonda, istərsə də Xankəndidə səsləndirdiyi fikirlər İrəvanın sözügedən tapşırığa yanaşmasının həssaslığı naminə çağırışdır. Diqqət yetirdinizsə, ölkəmizin lideri sülhdən geriyə çəkilməyin yolverilməzliyini vurğuladı. Bu vurğulanma, müəyyən mənada, ABŞ-a da mesajdır. Bir halda ki, ölkə vasitəçidir, deməli, hadisə və proseslərin bundan sonrakı axarına da nəzarəti möhkəm saxlamalı, əldə edilmişlərin sıradan çıxamaması üçün immunitet formalaşdırmalıdır. Həm də ona görə ki, Birləşmiş Ştatların Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu var. O marşrut ki, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcəkdir və mövcud məqam ABŞ Prezidentinin şahidliyinin rəsmiləşdiyi Birgə Bəyannamədə əksini tapmaqdadır. Bu yerdə baş nazir Paşinyanın Vaşinqtonda Prezident İlham Əliyevdən dərhal sonra söz alaraq “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm də yoxdur” söyləməsini də xatırlayaq. Həqiqətən, əlavə yox, gerçək iş olmalıdır ki, qarşıdakı zaman kəsiyi Ermənistanın buna nə dərəcədə məsuliyyətli yanaşacağını göstərəcək. Necə deyərlər, yaşayarıq görərik.

Ə.CAHANGİROĞLU

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri