Icma.az
close
up
RU
Ermənistan hərəkətə keçdi Azərbaycanın dərinliklərini vurmaq üçün…

Ermənistan hərəkətə keçdi Azərbaycanın dərinliklərini vurmaq üçün…

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Son günlər mediada yayılan məlumatlara görə, Ermənistan fəal şəkildə Azərbaycanla müharibəyə hazırlaşır. Bunun planlı və məqsədyönlü olduğu qeyd edilir. Fransanın Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalının başa çatdırıldığı, Ermənistana göndəriləcəyi, eləcə də Parisin artıq 12 ədəd “SEZAR” artilleriya qurğusunu İrəvana ötürdüyü və ilin sonunadək daha 24 belə silahın Ermənistana veriləcəyi diqqətə çatdırılıb.

Sözügedən proseslər nədən xəbər verir?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd xatırladıb ki, Ermənistan və Azərbaycan hərbi büdcəni 2 dəfə artırıblar:

“Bu amil ondan xəbər verir ki, regionda gərginlik var, müharibə ehtimalı da yüksəkdir. Ermənistan şərti sərhəd boyu dərinləşdirilmiş mühəndis-istehkam işləri görür, bunkerlər tikir. Qarabağdakı bunkerlərlə bunlar arasında müəyyən fərqlər var. Şərti sərhəddə tikilən bunkerlər arasında birbaşa əlaqələr mövcuddur. Bunkerlərin dağıdılması və sıradan çıxarılması asan deyil. Apardığım araşdırmalara görə, sözügedən bunkerlər tam standartlara uyğun tikilib və fransız mütəxəssisləri bunun üzərində işləyib.

Səxavət Məmməd

Ermənistana verilən “Bastion”lar səhra maşınlarıdır, daha çox Afrikada istifadə olunub. Ermənistan dağlıq əraziyə malikdir. Bu silahların orada müsbət effekt verəcəyi gözlənilmir. “SEZAR” haubitsaları isə nəslinin ən yaxşısıdır. Ermənistanın bu texnikaları əldə etməsi son dərəcə təhlükəlidir. Onlar Azərbaycanın dərinliklərini hədəf ala bilərlər”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan da adekvat olaraq ordusunu gücləndirir:

“Azərbaycan aviaparkını tamamilə yenilədi. “JF-17” qırıcıları aldı, hansı ki, bunlar müasir döyüş təyyarələri hesab olunur. Çexiyadan alınan DITA haubitsiaları da müasir və kifayət qədər yaxşıdır.

Ermənistan hərbi büdcəsini artırdıqdan sonra iki xüsusi təyinatlı hərbi hissə yaratdı. Bu hərbi hissələrdən biri də Zəngəzur dəhlizinin keçəcəyi istiqamətdə müəyyən olunan dislokasiya hissəsində yerləşdirildilər. Ermənistanın ABŞ-la münasibətləri, strateji müttəfiqlik xartiyasının imzalanması və s. göstərir ki, rəsmi İrəvan hazırlıq içərisindədir. Qarabağ klanı sayılan şəxslər də açıq şəkildə müharibə ritorikasından çıxışlar etməyə başlayıblar. Bildirirlər ki, Qarabağı və Qərbi Zəngəzuru da götürə bilərlər”.

Kənan Novruzov

Siyasi şərhçi Kənan Novruzov isə məsələyə belə münasibət bildirib:

“Regionla bağlı çox təhlükəli oyunlar oynanılır. Ermənistanın silahlandırılması da bu oyunların bir hissəsidir. Hər dövlətin silahlanmaq hüququ var. Lakin təcrübə göstərir ki, xarici ölkələrin Ermənistanı silahlandırmasında müəyyən maraqlar var. Rəsmi İrəvana ölümcül silahlar verilir. Ermənistanın Azərbaycanla bağlı mövqeyi adekvat və ədalətli deyil. Bütün bunların fonunda demək olar ki, Ermənistana verilən silahlar müdafiə məqsədli deyil. Müəyyən planlara xidmət edir”.

K.Novruzov qeyd edib ki, bu prosesin sonunda regionda yeni gərginliyin, toqquşmanın başlanması gözləniləndir:

“Ermənistanda özünəinam yaratmaqla sülh gündəliyindən uzaqlaşdırırlar. Ümumi proseslər Ermənistanın Ukraynanın taleyini yaşayacağını, yəni müəyyən gərginlik fonunda Qərbdən asılı vəziyyətə düşəcəyini gözləyirlər. Belə olduğu halda Qərb, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza müdaxilə edə biləcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri