Icma.az
close
up
RU
“Azərbaycanın Sülh Sammiti’ndə iştirakı onun geosiyasi çəkisini nümayiş etdirir” Fərhad Məmmədov

“Azərbaycanın Sülh Sammiti’ndə iştirakı onun geosiyasi çəkisini nümayiş etdirir” Fərhad Məmmədov

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ və Misir prezidentlərinin təşəbbüsü ilə təşkil olunan “Sülh Sammiti” Prezident Donald Trampın Qəzza ilə bağlı sülh planının bir hissəsidir və bu, Yaxın Şərqdə gələcək siyasi konfiqurasiyanın əsaslarının qoyulması baxımından mühüm hadisədir".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, sammitdə ABŞ Prezidenti, Avropa İttifaqı Şurasının rəhbəri, Almaniya kansleri və Yaxın Şərqin əsas ölkələrinin liderləri ilə yanaşı, Azərbaycan və Ermənistan liderləri də iştirak edəcək.

“Bu, Azərbaycana verilən strateji önəmin göstəricisidir. Sammitin məqsədi təkcə Qəzza zolağında sabitliyin bərpa olunması deyil, həm də ABŞ-ın bölgədə İsrailin maraqlarını qorumaqla etibarlı tərəfdaş kimi çıxış etməsidir. Bu isə bölgədə yeni nizamın formalaşdırılması deməkdir”, – deyə F. Məmmədov vurğulayıb.

O qeyd edib ki, İsrailin Qətər ərazisinə endirdiyi zərbələrdən sonra ABŞ üçün Yaxın Şərq ölkələrinin etimadını bərpa etmək mühüm məsələdir: “Tramp administrasiyası bu prosesdə vasitəçi rolunu oynayır və onun sülh planı yeni regional əlaqələrin bərpasına zəmin yaradır”.

Fərhad Məmmədov hesab edir ki, bu sammitdə ABŞ İsrailin yerinə çıxış edəcək və onun maraqlarını müdafiə edəcək: “Ağ Ev bu rolu üzərinə götürməklə ərəb ölkələrinə təhlükəsizlik zəmanətləri verməyə çalışır. Bu baxımdan sammit regional gündəmi müəyyənləşdirəcək əsas platformalardan biridir”.

Politoloq vurğulayıb ki, Azərbaycanın sammitə dəvət olunması onun bölgənin bir parçası kimi qəbul olunmasının göstəricisidir. Onun fikrincə, Azərbaycan bu prosesə artıq hazır vəziyyətdə qoşulub:

-Türkiyə ilə strateji müttəfiqlik münasibətləri;

-İsraillə güclü tərəfdaşlıq əlaqələri;

-Suriyada mövcudluq və sabitliyin bərpasında iştirak niyyəti;

-İsrail–Suriya və Türkiyə–İsrail arasında vasitəçi rolunda çıxış etmək potensialı;

-Körfəz ölkələri daxil olmaqla, ərəb dünyasında Prezident İlham Əliyevə olan yüksək etimad.

Fərhad Məmmədov qeyd edib ki, bu amillər Azərbaycanın sammitdə aktiv rol oynamasına imkan yaradır: “Azərbaycan bu formatda həm öz maraqlarını təmin edir, həm də ABŞ və regional oyunçularla strateji mövqeyini möhkəmləndirir”.

Politoloq bildirib ki, Ermənistan isə sammitdə daha çox ABŞ ilə münasibətlərinə “əlavə dəyər” qatmaq niyyəti güdür: “Baş nazir Paşinyan Trampa yox deyə bilməz. Bu iştirak Ermənistan üçün simvolik xarakter daşıyır. Ermənistanın əsas resursu regiondakı erməni icmaları və ABŞ-dakı ermənipərəst dairələrin təsiridir”.

F. Məmmədov xatırladıb ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Azərbaycanın müxtəlif geosiyasi formatlarda iştirakını sadalayaraq, ölkənin çoxlaylı kimliyini qeyd etmişdi: “Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı və MDB sammitləri ilə yanaşı, indi də Yaxın Şərq mərkəzli ‘Sülh Sammiti’ndə iştirak Azərbaycanın fərqli geosiyasi məkanlarla paralel inteqrasiyasını sübut edir”.

Onun fikrincə, bu yanaşma olduqca çətindir və güclü diplomatik çeviklik tələb edir: “Azərbaycan bu çağırışı qəbul edir və regional meydanlarda öz resurslarını formalaşdırmaqla yeni imkanlar qazanır”.

Sonda Fərhad Məmmədov əlavə edib ki, Azərbaycanın xarici siyasətindəki konstruktiv və praqmatik yanaşma ölkənin maraqlarına uzunmüddətli töhfə verəcək: “Əsas məsələ riskləri minimuma endirib, yaranan imkanlardan maksimum istifadə etməkdir. Çünki bu platformalarda imkanlar qədər təhlükələr də formalaşır”.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri