Icma.az
close
up
RU
Azərbaycanın təhlükədə olan məhsulu: Ən böyük səbəb kəndlinin şəhərə köçməsidir

Azərbaycanın təhlükədə olan məhsulu: Ən böyük səbəb kəndlinin şəhərə köçməsidir

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaxtilə şöhrəti dillər əzbəri olan Azərbaycan ipəyi bu gün çətin durumdadır. Açıqlanan statistik rəqəmlər də bu qənaətə gəlməyə əsas verir. Təsadüfi deyil ki, başa çatmaqda olan ildə “Azəripək” də ixrac gəlirlərini üç dəfə azaldıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında qeyd edilib ki, bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC 588 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır. Maraqlıdır, ixracın kəskin azalmasının səbəbi nədir? İpəkçiliyin inkişafının qarşısında hansı problemlər dayanır?

Toxum və qurd problemi

“Azəripək" MMC direktorunun müşaviri Teymur Musayev “Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda qarşılarında dayanan əsas məsələ toxum və qurd problemidir: “Hər il noyabrın əvvəlində gələn il üçün nə qədər toxum gələcəyi və neçə qutu qurd paylanılacağı məlum olurdu. Amma bu il heç bir məlumat yoxdur. Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin altı min tona çatdırılması nəzərdə tutulub. Lakin hazırda bu sahədə vəziyyət yaxşı deyil, hətta acınacaqlıdır”.

220 nəfər işçi məcburi məzuniyyətə göndərilib

Mütəxəssis deyir ki, 2015-ci ildə respublikada 236 kq barama istehsal olunduğu halda, Prezidentin göstərişindən sonra 2016-ci ildə 71,7 ton barama istehsal olundu. 2019-cu ildə 641 ton yaş barama istehsal olunub. 2024-cü ildə isə bu rəqəm 174 tondur. Rəqəmlər bu sahədə olan hazırkı durumu aydın şəkildə göstərir.

Mütəxəssisin sözlərinə görə, ötən il yaş baramanı tək “Azəripək” yox, özbək şirkətləri də aldılar və özləri də emal etdilər: “Bərdənin ətrafındakı barama istehsal edən rayonlardan yaş baramanı özbəklər aldı. Ən gözəl barama istehsal edən rayonlar - Ağcabədi, Goranboy, Ağdaş, Yevlax, Tərtər, Bərdə, Ağdam yaş baramanı özbəklərə satdı. Onlar da bunu xaricə ixrac edirlər. Halbuki qonşu ölkələrin heç birində baramanın xammal kimi xarici ölkəyə satışına dövlət səviyyəsində icazə verilmir. O barama ötən il bizə verilsə idi, işləyərdik. Hazırda müəssisədə 220 nəfər işçini məcburiyyət qarşısında məzuniyyətə göndərmişik. Çünki iş yoxdur”.

Qurdu saxlamaq ayrıca sənətdir

İsmayıllıdan olan ipəkçilik üzrə mütəxəssis Qoşqar Fətəliyev də bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi. Onun səbəbləri isə fərqlidir. Mütəxəssis bu sahədə peşəkarların olmamasından şikayətlənir: “Biz həm toxuya bilirik, həm də kəlağayı istehsal edirik. Bunun üçün ipi Şəkidən alırıq. Əslində, İsmayıllıda kənd camaatı baramanı böyüdür, hazırlayır və kilo ilə Şəkiyə satır. Şəki onu bizdən alır və ip şəklində bizə verir. Hər baramada bir tel olur. 10 tel birləşir və kəlağayıda istifadə olunan 310 markalı ən məşhur sapı əmələ gətirir. Biz Şəkidən 310 markanı alırıq, burada emal edirik, ipək parçanı toxuyur, istehsal edirik. Lakin hazırda ən böyük problemlərdən biri tut ağaclarının yetərincə olmamasıdır. Ona erkək tut ağacı deyilir. Hansı ki, bar vermir, qurd onun yarpaqlarını yeyir və inkişaf edir. Son dövrlərdə qurdun növündə də problem var. Sovet hökuməti dövründə qurdlar 40 günlük idi, indi isə 28 günlükdür. Bu qurdların saxlanılması üçün mütəxəssis yoxdur. Mütəxəssis hazırlamaq üçün mütləq şəkildə təlimlər keçirilməli, maarifləndirmə aparılmalıdır. Qurdu saxlamaq ayrıca bir sənətdir. Bunu edə bilən kənd əhalisi isə yox dərəcəsindədir”.

Həmsöhbətimiz vurğulayır ki, problemin kökündə urbanizasiya da dayanır: “Mütəxəssis çatışmazlığının ən böyük səbəbi kəndlinin şəhərə köçməsidir. Qurd vaxtı kənddə işçi tapmaq olmur. Bu, 3-5 adamın işi deyil. O vaxt nənələrimiz bu işlə məşğul idi. Məsələn, nənəmin beş oğlu olub, hər uşaq bir yarpaq gətirəndə iş düzəlirdi. Burada təkcə maddi tərəf yox, mənəvi tərəf, zəhmət də rol oynayır. 40 gün o qurd böyüyənə qədər ailənin bütün fərdləri əziyyətini çəkiblər. Amma bu gün bunu hansı uşağa deyə bilərsən? İşlətməyə adam yoxdur. Maaşlı işçiyə müraciət etdikdə də, gəlir xərclərini ödəmir. Buna görə də ipəkçilik təhlükədədir. Bu sahəyə maraq artırılmalı, dövlət nəzarəti gücləndirilməli və maarifləndirmə tədbirləri aparılmalıdır”.

Ciddi məbləğdə valyuta gətirə bilər

İqtisadçı-ekspert Pərviz Heydərov da deyir ki, Azərbaycanda ipəkçiliyin inkişafı istənilən səviyyədə deyil və problemlər mövcuddur: “Qeyri-neft sektoru üzrə ixrac potensialımızda ipəyin çox mühüm yeri var. Biz ipəyi ixrac etmək imkanındayıq. Amma real olaraq üç ölkəyə - İrana, Hindistana, Türkiyəyə göndərə bilirik. Bu sahədə Azərbaycanın qədimdən böyük təcrübəsi var. Son illər ərzində də bu sahəyə müvafiq vəsait qoyuluşu onu dirçəltmişdi. Lakin görünən budur ki, bərpa prosesi lazımi səviyyədə getmədi”.
İqtisadçı bildirir ki, ixracın bir il ərzində bu səviyyədə azalması bilavasitə daxili səbəblərdən qaynaqlanır: “İpək dünya bazarında tələb olunan məhsul növlərindən biridir. Bu sahədəki kəskin azalma xarici bazarlarla izah edilə bilməz. Səbəb kənar amillər deyil, sırf daxili səbəblərdir. Fərdi təsərrüfatlarda bu işə maraq artırılsa, emal prosesi ilə xammalın əldə olunması arasında zəncirvari əlaqə təmin olunsa, ixrac stimullaşdırılsa, ipək ölkəyə ciddi məbləğdə valyuta gətirə bilər”. ("Kaspi".az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see210

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see198

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see168

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see167

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see141

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see135

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see127

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see127

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see123

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri