Icma.az
close
up
RU
Laçın Azərbaycanın qüdrətini göstərən şəhərə çevrilir

Laçın Azərbaycanın qüdrətini göstərən şəhərə çevrilir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğalın ağır izlərindən azad olan Laçın bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın müasir tarixinin ən böyük Zəfəridir. Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə 30 ilə yaxın davam edən işğala son qoymaqla xalqımızın tarixi ədalət uğrunda mübarizəsini uğurla ilə başa çatdırdı. Ordumuzun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və Azərbaycan dövlətinin siyasi-diplomatik müstəvidə prinsipial mövqeyi nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da uzun illər işğal altında qalmış şəhər və kəndlərimiz azad edildi və dərhal xalqımızın doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində işlərə başlanıldı.

Tarixi Zəfərlə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, eləcə də regionda tamamilə yeni siyasi və geostrateji reallıqlar yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi, separatizmə birdəfəlik son qoyuldu. Beləliklə, xalqımızın onilliklər boyu qarşısında duran ən böyük milli vəzifələrdən biri uğurla icra olundu. Bu gün üçrəngli Dövlət Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qürurla dalğalanır.
Təbii ki, qazanılmış tarixi Qələbənin ən mühüm nəticələrindən biri də Laçının azadlığına qovuşmasıdır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Laçın zəngin təbiəti, mühüm coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilir. 1992-ci il mayında Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımız üçün ağır faciə olmaqla yanaşı, hərbi-strateji baxımdan da son dərəcə ciddi nəticələr doğurdu. İşğal nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yarandı. Rayon əhalisi öz doğma yurd-yuvasından didərgin salındı, 300-dən çox hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Yüzlərlə təhsil, səhiyyə, mədəniyyət, ticarət və digər sosial-iqtisadi obyekt talan edilərək dağıdıldı, tarixi-mədəni abidələr vandalizmə məruz qaldı. İşğal dövründə rayonun təbii sərvətləri qanunsuz istismar edildi, coğrafi adlar dəyişdirildi və ərazidə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi.

Lakin Azərbaycan xalqı Laçının işğalı ilə heç vaxt barışmadı. Vətən müharibəsində qazanılmış Qələbənin nəticəsi olaraq imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən həmin il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan dövlətinin tam nəzarətinə keçdi. Beləliklə, Laçının tarixində yeni dövr – azadlıq, quruculuq və inkişaf mərhələsi başlandı. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə avqustun 26-sı Laçın şəhəri günü kimi təsis edildi.
Bu gün Laçın işğal dövrünün ağır fəsadlarını sürətlə aradan qaldıraraq müasir yaşayış, istehsal və turizm məkanına çevrilir. Prezident İlham Əliyevin birbaşa diqqət və nəzarəti ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində rayonun siması əsaslı şəkildə dəyişir. 2025-ci ildə təsdiqlənmiş “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” şəhərin gələcək inkişafının sistemli və müasir şəhərsalma prinsipləri əsasında təşkilini nəzərdə tutur.

Bu gün Laçında 1000-dən çox yaşayış evi tikilib və ya bərpa olunub. Şəhərdə yüzlərlə fərdi ev və mənzil istifadəyə verilib, yeni yaşayış məhəllələrinin tikintisi davam etdirilir. Laçınla yanaşı, Zabux, Sus və Bəylik kəndləri də müasir standartlara uyğun şəkildə qurulur. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri, ictimai məkanlar və digər sosial obyektlər yaradılır. Ən mühümü isə görülən bütün bu işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayışını təmin edən kompleks yanaşma əsasında həyata keçirilir. 2026-cı ilin iyul ayınadək Laçın şəhərində otuz ildən artıq yurd həsrəti çəkmiş 2264 laçınlının daimi məskunlaşması təmin edilib.

Laçının yeni nəqliyyat infrastrukturunu xüsusi qeyd etmək istərdim. Tikintisi davam etdirilən 75,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu regionda rahat və təhlükəsiz nəqliyyat əlaqələrinin təmin edilməsinə xidmət edəcək. Yol üzərində ümumi uzunluğu 13,3 kilometr olan tunellər və 23 körpü inşa edilir. Əlbəttə ki, bu layihələr Laçının iqtisadi və turizm potensialından daha səmərəli istifadə üçün yeni imkanlar açır. Eyni zamanda, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunan üçüncü beynəlxalq aeroportdur. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən hündürlükdə yerləşən aeroportudur. Müasir standartlara cavab verən bu mühüm infrastruktur obyekti Laçının, Kəlbəcərin və bütövlükdə regionun iqtisadi inkişafına ciddi töhfə verəcək.

Beləliklə, Laçında bu gün həyat yenidən canlanır, laçınlılar öz yurdlarında yaşayır, çalışır və gələcəklərini qurur, Laçın şəhəri günü böyük coşqu və qürurla qeyd edirlər. İşğalın ağır izlərindən azad olan Laçın isə bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see340

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see328

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see319

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see318

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see312

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see257

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see253

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see251

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see242

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see240

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see236

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see234

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see231

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see227

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see226

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see223

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see220

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see186

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri