Icma.az
close
up
RU
Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq mərhələsi başlayır Deputat

Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq mərhələsi başlayır Deputat

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın yaratdığı yeni reallıqların əsas şərti Cənubi Qafqazda deyil, həm də daha geniş coğrafiyada dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasıdır. Yeni reallıqların tələbinə uyğun olaraq Azərbaycan ilk növbədə bütün qonşuları ilə münasibətlərini ən yüksək səviyyəyə qaldırmaqla regional problemlərin məhz bölgə ölkələrinin birgə iştirakı ilə həllinə nail olmaq istəyir. Çünki Bakı hesab edir ki, yalnız bölgə ölkələrinin iştirakı ilə bu coğrafiyada qarşılıqlı etimada, mehriban qonşuluq prinsiplərinə əsaslanmaqla dayanıqlı sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlığa nail olmaq mümkündür.”

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Bakıda keçirilən Azərbaycan-Rusiya-İran nümayəndə heyətinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu yalnız Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyada qarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına və ortaq strateji hədəflərin reallaşmasına xidmət edir:

“Bu siyasət nəticəsində Azərbaycan bütövlükdə Avrasiyada uzunmüddətli və səmərəli əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirməklə bərabər, dünya düzəninin transformasiya prosesinə də töhfələr verir.”

Deputat əlavə edib ki, Azərbaycan yeni reallıqlardan irəli gələn çağırış və hədəfləri əsas götürərək, milli maraqlara uyğun şəkildə siyasətini yürüdür:

“Yürüdülən siyasətin nəticəsi olaraq Azərbaycan bölgədə Qərblə Şərq, Şimalla Cənub arasında körpü rolunu oynamaqla bir-birinə rəqib olan güclərin əməkdaşlıq etdiyi bir məkana çevrilib. Bu baxımdan Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü, burada nəqliyyat-logistika, energetika və gömrük məsələlərinin müzakirəsi əlaqələrin hər üç ölkənin milli maraqlarına uyğun şəkildə inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Energetika sahəsi üçtərəfli əməkdaşlıq kontekstində yaxşı perspektivlər vəd edir. Hazırda Azərbaycan elektrik şəbəkəsi ilə həm İran, həm də Rusiya elektrik şəbəkələri arasında ayrı-ayrılıqda bağlantılar mövcuddur və bu əlaqələr elektrik enerjisinin mübadiləsi və ticarətini həyata keçirməyə imkan verir. Üç ölkə arasında reallaşan “Şimal-Cənub” dəhlizinin inkişafı baxımından gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron şəkildə təkmilləşdirilməsinə ciddi zərurət var. Bu, Şimal Buzlu okeanından Hind okeanına ən qısa və rahat yolu təmin edəcək.

Əminik ki, aparılan danışıqlar və qəbul edilən qərarlar əməkdaşlığımızın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə yanaşı, hər üç ölkə və ümumilikdə regionumuz üçün faydalı olacaq. Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş formatı cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu təşəbbüs çərçivəsində 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda üç ölkənin dövlət başçılarının Zirvə toplantıları keçirilib.”

Deputat hesab edir ki, bu formatın təşəbbüskarı Prezident İlham Əliyev olduğundan ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə və müasir şərtlərdə tələb olunan Şimal-Cənub Nəqliyyat Dəhlizi daxil olmaqla dayanıqlı nəqliyyat infrastrukturunun yaradılmasına böyük töhfə verəcəyinə böyük ümid bəslənilir:

“Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, tranzit daşımalarının fasiləsizliyinin, həmçinin regional əməkdaşlığın, sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, bütün məsələlərin danışıqlar yolu ilə aradan qaldırılması baxımından çox vacibdir. Əminəm ki, üçtərəfli əməkdaşlıq Şimal-Cənub Dəhlizi istiqamətində Avrasiyanın daha geniş coğrafiyasında – şimaldan cənuba, Hindistanadək olan ərazidə qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Yeni əməkdaşlıq münasibətlərinin qurulmasında isə Zəngəzur dəhlizi də xüsusi rol oynayacaq. Bu, Rusiyanın Azərbaycan üzərindən Hindistana, Körfəz və digər ərəb ölkələrinə rahat çıxışını təmin edəcək.

Son olaraq onu da qeyd etmək istərdim ki, qonşu Rusiya və İran yeni reallıqların şərtlərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar,” – deputat vurğulayıb.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri