Icma.az
close
up
RU
Regionda sülh əsaslı əməkdaşlıq başlayır

Regionda sülh əsaslı əməkdaşlıq başlayır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarşıdurma və gərginlik mühitini tədricən dialoq və qarşılıqlı etimad əvəzləyir

Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional reallıqlar, Bakı ilə İrəvan arasında sülh prosesinin davam etməsi, Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar, eləcə də nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi Cənubi Qafqazın inkişaf perspektivlərini artırır. Bu müsbət meyillər beynəlxalq ictimaiyyət tərəfindən də məmnunluqla qarşılanır.

Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvilinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar sessiyasında səsləndirdiyi fikirlər bölgədə bu yeni reallığın təsdiqidir. Onun sözlərinə görə, region artıq təkcə köhnə problemlər və təhlükəsizlik çağırışları ilə yadda qalmır. Bu gün bu coğrafiya həm də böyük iqtisadi artım, yeni ticarət əlaqələri, nəqliyyat yollarının şaxələndirilməsi və rəqəmsal layihələr üçün böyük imkanlar məkanıdır. Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən strateji körpüyə çevrilməsi artıq kağız üzərindəki nəzəriyyə deyil, göz önündə gerçəkləşən reallıqdır. Məhz buna görə də sülhün və əmin-amanlığın bərqərar olması təkcə bölgə ölkələrinin deyil, həm də Avropa İttifaqının, Mərkəzi Asiya dövlətlərinin və digər böyük beynəlxalq tərəfdaşların birbaşa strateji maraqlarına cavab verir.

Əslində, Gürcüstan tərəfinin bu mövqeyi regionda baş verən proseslərin obyektiv və sağlam qiymətləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq uzun illər davam edən və bölgəni iflic vəziyyətinə salan status-kvonu tamamilə aradan qaldırıb, yeni əməkdaşlıq formatlarını yaradıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyi və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü təşəbbüslər bütövlükdə region dövlətlərinin maraqlarına xidmət edir və sabit təhlükəsizlik mühitinin yaradılmasına zəmin hazırlayır.

Gürcüstan parlamentinin sədri öz çıxışında bu məqamı xüsusi vurğulayaraq deyib: “Daha sabit qonşuluq bu assambleyada təmsil olunan hər bir ölkənin maraqlarına cavab verir. Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesi, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərilən səylər bütövlükdə regionumuzda daha böyük sabitlik və əməkdaşlıq üçün perspektivlər yaradır və çox ümidvericidir”.

Bu mənada, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin və kommunikasiyaların açılması, tərəflərin dialoq masası arxasında əyləşməsi Gürcüstan üçün həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təmin olunması rəsmi Tbilisinin xarici siyasətinin önəmli prioritetlərindən birinə çevrilib. Ona görə də Gürcüstan bu müsbət proseslərin fəal tərəfdarı kimi çıxış edir və regionun dinc gələcəyini öz milli maraqlarının ayrılmaz bir hissəsi hesab edir.

Şalva Papuaşvili Ermənistandakı seçkilərin nəticələrini və Baş nazir Nikol Paşinyanın öz seçki kampaniyasında sülh və sabitlik vədlərinə xüsusi yer ayırmasını da region üçün çox müsbət bir siqnal kimi dəyərləndirir. Onun fikrincə, bu addım Ermənistan cəmiyyətində və siyasi dairələrində artıq qarşıdurmadan uzaq, daha praqmatik və əməkdaşlığa yönəlmiş bir düşüncənin gücləndiyini göstərir. Bu cür siyasi gedişlər isə regiondan köhnə münaqişə ritorikasının çəkildiyini sübut edir. Artıq Cənubi Qafqaz ölkələri öz gələcək inkişafını müharibə və rəqabət üzərində deyil, məhz dialoq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağın vacibliyini ön plana çıxarırlar.

Beləliklə, hər kəsə aydındır ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sadəcə, iki qonşu dövlətin barışması demək olmayacaq. Bu tarixi addım bütövlükdə Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsini büsbütün dəyişəcək, uzun illər bağlı qalan nəqliyyat və kommunikasiya xətlərini yenidən canlandıracaq. Regiona yeni xarici investisiya axını başlayacaq və ölkələr bir-birinə daha sıx inteqrasiya olunacaq. Paralel olaraq, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar da bu ümumi böyük transformasiyanın çox mühüm bir halqasıdır. Uzun sürən durğunluğun ardından Ankara ilə İrəvan arasında birbaşa dialoqun bərpası artıq bəyanat müstəvisindən çıxaraq konkret praktik layihələrlə reallaşır. Tərəflər arasında birbaşa ticarət əlaqələrinin işə salınması üçün hüquqi və texniki infrastruktur hazırlıqları yekunlaşıb. Eyni zamanda, Alican–Marqara sərhəd-keçid məntəqəsinin hazır vəziyyətə gətirilməsi və Qars–Gümrü dəmir yolu xəttinin bərpası istiqamətində planlar Ermənistanın regional təcriddən xilas olması üçün yeni qapılar açır. Ani körpüsünün birgə bərpası təşəbbüsü isə bu yaxınlaşmanın həm də rəmzi və mədəni dərinliyini nümayiş etdirir.

Bu proses Azərbaycan ilə Ermənistan arasındakı sülh gündəliyi ilə paralellik təşkil edir. Ankara–İrəvan xəttindəki irəliləyişlər Bakının bölgədə irəli sürdüyü çoxşaxəli əməkdaşlıq modelini tamamlayır. Nəticədə, Cənubi Qafqaz qarşıdurma məntiqini geridə qoyaraq, Şərqlə Qərbi birləşdirən təhlükəsiz, kəsintisiz və rəqabətədavamlı qlobal logistik qovşağa çevrilir.

Bütün bu baş verənlər göstərir ki, Cənubi Qafqazda artıq tamamilə yeni inkişaf səhifəsi açılır. Regiondakı siyasi mühit tədricən köhnə qarşıdurma məntiqini sıxışdırıb çıxarır, yerini əməkdaşlığa və ortaq maraqlara yer verir. Dövlətlərin öz milli mənafelərini dialoq və sağlam məntiqlə uzlaşdırması, nəqliyyat layihələrinin genişlənməsi bölgədə davamlı sülhün ən möhkəm təməlinə çevrilir.

Şübhəsiz, son illər Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən nəhəng regional layihələr bu böyük dönüşün əsas hərəkətverici qüvvəsidir. Bakının qurduğu enerji və nəqliyyat infrastrukturu, irəli sürdüyü qlobal tranzit dəhlizləri regionun geosiyasi xəritəsini yenidən cızır.

Mövzu ilə bağlı rusiyalı ekspert Leonid Xolod bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin mümkün normallaşması Gürcüstanın Cənubi Qafqazın əsas tranzit dövləti kimi mövqeyini zəiflətməyəcək. Əksinə, iri infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin beynəlxalq logistika sistemində rolunu gücləndirəcək. Onun fikrincə, regionda sülh və əməkdaşlığın genişlənməsi, yeni nəqliyyat marşrutları Gürcüstan üçün risk deyil, mövcud tranzit sistemini tamamlayan əlavə imkandır: “Ölkənin liman infrastrukturu, dəmir yolu və avtomobil şəbəkəsi, eləcə də regional layihələrdə iştirakı onun tranzit mərkəzi statusunu qoruyur. Azərbaycanın regional nəqliyyat layihələrində aparıcı rolu isə bu prosesə əlavə dinamika verir”.

L.Xolodun qənaətinə görə, Gürcüstan və Azərbaycanın logistika mərkəzi kimi mövqeyi təkcə coğrafi üstünlüklərə deyil, həm də inkişaf edən infrastruktur və regional əməkdaşlığa əsaslanır və yaxın perspektivdə bu statusa alternativ görünmür. Region sülh və sabitlik dövrünə qədəm qoyub.

Sonda onu da qeyd edək ki, Gürcüstan rəhbərliyinin son bəyanatları regionda əməkdaşlıq və sabitlik xəttinə verilən önəmin göstəricisidir. Tbilisinin mövqeyi Cənubi Qafqazda formalaşan yeni reallıqlarla uzlaşır. Bu proseslərin məntiqi nəticəsi olaraq, regionun gələcəyi sülh, qarşılıqlı etimad və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğu təqdirdə, Cənubi Qafqaz Avrasiyanın ən mühüm strateji və iqtisadi mərkəzlərindən birinə çevriləcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri