Azərbaycanın üç taekvondoçusu Roma Qran Prisinə qatılacaq
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üç üzvü baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək Roma Qran Pri yarışına yola düşüb.
XQ xəbər verir ki, 5–7 iyun tarixlərində keçiriləcək yarışda ölkəmizi Qaşim Maqomedov (58 kq), Cavad Ağayev (80 kq) və Eltac Qafarov (+80 kq) təmsil edəcəklər. Qeyd edək ki, idmançılarımız turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət qazanıblar. “Qran Pri” seriyası dünya taekvondosunun ən prestijli yarışlarından hesab olunur və burada əldə olunan nəticələr idmançılara həm yüksək reytinq xalları, həm də Olimpiya təsnifatı baxımından mühüm üstünlüklər qazandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 03 İyun 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















