Icma.az
close
up
RU
Macarıstan Formula 1 Qran Prisinə ciddi hazırlaşır

Macarıstan Formula 1 Qran Prisinə ciddi hazırlaşır

Icma.az bildirir, Azertag portalına istinadən.

Budapeşt, 13 may, AZƏRTAC

Macarıstanda keçiriləcək 40-cı “Lenovo” Formula 1 Qran-Prisinin tam anşlaqla keçəcəyi gözlənilir. Bu səbəbdən əsas bina və tribuna demək olar ki, dörd onillikdən sonra tamamilə yenilənəcək, daha çox insanın yarışı ən yaxşı şəraitdə izləməsinə şərait yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Hungaroring Sport Plc” şirkətinin prezidenti və baş icraçı direktoru Jolt Dülay deyib. O əlavə edib: “Hunqarorinqin bütün şöhrəti ilə parlaması üçün hər gün mindən çox insan çalışır. Əsas binaya gəlincə, fevralın sonunda konstruksiya işləri başa çatdırılıb. Birinci mərtəbədə işlər müxtəlif tamamlanma mərhələsindədir - qaraj qapıları çəkilib, mexaniki və elektrik işləri aparılır, bölücü şəbəkələr quraşdırılıb”.

Onun sözlərinə görə, yeni əsas damörtüyü artıq tikilib. Tribunanın prefabrik konstruksiyası tam hazırdır, pilləkən elementləri demək olar ki, hamısı yerindədir, təkcə stulların quraşdırılması qalır. Binanın xarici görünüşü 2025-ci il Macarıstan Qran-Prisi üçün tam hazır görünəcək, lakin hələlik yalnız qarajlar və birinci mərtəbə təyinatı üzrə istifadə olunacaq, media mərkəzi və yarışa nəzarət müvəqqəti ərazidə yerləşdiriləcək. Tras 2026-cı ildə Macarıstan Qran-Prisinə qədər tam şəkildə tamamlanacaq ki, bu da onu gələn ildən ölkənin ən böyük idman qurğusuna və böyük tədbirlərin keçiriləcəyi məkana çevirəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri