Icma.az
close
up
RU
Azərbaycanın üçüncü xanım səfiri Cəfərovanın DOSYESİ

Azərbaycanın üçüncü xanım səfiri Cəfərovanın DOSYESİ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Hurriyyet.Media xanım diplomatın dosyesini təqdim edir:

Esmira Cəfərova 1979-cu il mayın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur. Macarıstan Mərkəzi Avropa Universitetində beynəlxalq münasibətlər və Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

Vyana Universitetində doktorantura pilləsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Eləcə də Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində ziyarət edən elmi işçi kimi fəaliyyət göstərib. 2015-ci ilin yanvar ayında ABŞ-də nəşr olunan “Cənubi Qafqazda münaqişələrin həlli və beynəlxalq səylərə çağırışlar” kitabının müəllifidir.

E.Cəfərova diplomatik fəaliyyətə 2001-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2016-cı ilə qədər Azərbaycanın Avstriyadakı səfirliyində ATƏT yanındakı missiyasında, Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə təhlükəsizlik məsələlərindən məsul olub, Yaxın Şərq məsələləri üzrə ekspert kimi çalışıb. 2014-2016-cı illərdə Azərbaycan XİN-də Hərbi-siyasi məsələlər idarəsində NATO/SNT şöbəsinin müdiri olub. 2016-2017-ci illərdə ADA Universitetində baş müəllim (assistant professor) kimi çalışıb-xarici siyasətin təhlili, xarici siyasət nəzəriyyəsi, beynəlxalq təhlükəsizlik fənlərindən dərs deyib.

2017-2019-cu illərdə Energetika Nazirliyində çalışıb-Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, nazirin xarici məsələlər üzrə müşaviri olub. 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub, 2024-cü ilin iyul ayına kimi bu vəzifədə çalışıb. Bu dövrdə xarici siyasət sahəsində çox sayda məqalə yazıb, nüfuzlu xarici media qurumlarına müsahibələr verib. 44 günlük Vətən müharibəsi dövründə ekspert kimi fəal olub.

Esmira Cəfərova Azərbaycanı “Orta güc” kimi səciyyələndirən ilk elmi məqalənin müəllifidir. Bu məqalə 2020-ci ilin may ayında “Modern Diplomacy” portalında dərc olunub. 2024-cü ilin iyul ayında Azərbaycan XİN-də Amerika idarəsinin rəisi təyin olunub.

Xanım diplomat səfir təyin olunması ilə bağlı açıqlamasında qeyd edib:

“Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə məni ölkəmizi Macarıstanda təmsil etmək kimi şərəfli və məsuliyyətli vəzifəyə təyin etdiyi üçün dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş bu ali etimadı layiqincə doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə diplomat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2026 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri