Icma.az
close
up
RU
Azərbaycanın üçüncü xanım səfiri Cəfərovanın DOSYESİ

Azərbaycanın üçüncü xanım səfiri Cəfərovanın DOSYESİ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Moderator.az xanım diplomatın dosyesini təqdim edir:

Esmira Cəfərova 1979-cu il mayın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur. Macarıstan Mərkəzi Avropa Universitetində beynəlxalq münasibətlər və Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

Vyana Universitetində doktorantura pilləsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Eləcə də Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində ziyarət edən elmi işçi kimi fəaliyyət göstərib. 2015-ci ilin yanvar ayında ABŞ-də nəşr olunan “Cənubi Qafqazda münaqişələrin həlli və beynəlxalq səylərə çağırışlar” kitabının müəllifidir.


E.Cəfərova diplomatik fəaliyyətə 2001-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2016-cı ilə qədər Azərbaycanın Avstriyadakı səfirliyində ATƏT yanındakı missiyasında, Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə təhlükəsizlik məsələlərindən məsul olub, Yaxın Şərq məsələləri üzrə ekspert kimi çalışıb. 2014-2016-cı illərdə Azərbaycan XİN-də Hərbi-siyasi məsələlər idarəsində NATO/SNT şöbəsinin müdiri olub. 2016-2017-ci illərdə ADA Universitetində baş müəllim (assistant professor) kimi çalışıb-xarici siyasətin təhlili, xarici siyasət nəzəriyyəsi, beynəlxalq təhlükəsizlik fənlərindən dərs deyib.

2017-2019-cu illərdə Energetika Nazirliyində çalışıb-Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, nazirin xarici məsələlər üzrə müşaviri olub. 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub, 2024-cü ilin iyul ayına kimi bu vəzifədə çalışıb. Bu dövrdə xarici siyasət sahəsində çox sayda məqalə yazıb, nüfuzlu xarici media qurumlarına müsahibələr verib. 44 günlük Vətən müharibəsi dövründə ekspert kimi fəal olub.

Esmira Cəfərova “Azərbaycanı Orta güc” kimi səciyyələndirən ilk elmi məqalənin müəllifidir. Bu məqalə 2020-ci ilin may ayında “Modern Diplomacy” portalında dərc olunub. 2024-cü ilin iyul ayında Azərbaycan XİN-də Amerika idarəsinin rəisi təyin olunub. Xanım diplomat səfir təyin olunması ilə bağlı açıqlamasında qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə məni ölkəmizi Macarıstanda təmsil etmək kimi şərəfli və məsuliyyətli vəzifəyə təyin etdiyi üçün dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş bu ali etimadı layiqincə doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə diplomat qeyd edib./musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 İyul 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri