Icma.az
close
up
RU
Azərbaycanın uğurlu enerji siyasəti

Azərbaycanın uğurlu enerji siyasəti

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Azərbaycan Respublikası da zəngin ener­ji ehtiyat­larına, inkişaf etmiş yanacaq və enerji infra­strukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən etibarən Azərbaycanın neft və qaz strategiyası ölkənin geosiyasi çəkisini artırmaqla yanaşı, iqtisadi müstəqilliyinin də təməlini qoydu. Məhz bu sərginin ardınca imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan saziş, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi.

Həmin dövrdə iqtisadi və sosial sabitliyin dərin şəkildə pozulduğu, xarici sərmayənin risk kimi dəyərləndirildiyi bir zamanda atılan bu addımlar Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etdi. Bu gün isə Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də onun nəqli, təhlükəsizliyi və paylanmasında fəal iştirak edən, regional sabitliyin təminatçısı olan ölkəyə çevrilmişdir.Ölkə iqtisadiyyatının dayanıqlı və müstəqil şəkildə inkişafı, yoxsulluq səviyyəsinin 5 faizə qədər endirilməsi, xarici borcun minimal səviyyədə saxlanılması və təhsil göstəricilərindəki uğurlar insan kapitalına qoyulan diqqətin real nəticələridir. Neft və qaz gəlirlərinin düzgün idarə olunması, həmçinin bu resurslardan əldə edilən gəlirlərin infrastruktur və sosial sahələrə yönəldilməsi Azərbaycanın inkişaf modelini regional nümunəyə çevirmişdir.

Bu gün Azərbaycan dünya enerji xəritəsində strateji rolunu möhkəmləndirməkdə davam edir.Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib.

"Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power” və 30-cu Yubiley "Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi. Hər il keçirilən "Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.

Bu gün Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dakı payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur.Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılışı Azərbaycanın enerji sektoruna böyük maraq olduğunu təsdiqləyən tədbir kimi tarixləşdi.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see289

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see286

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see268

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see258

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see254

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see254

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see245

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see243

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see235

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see216

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see205

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see201

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see195

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see194

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see190

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see189

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see182

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see180

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see175

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

04 Sentyabr 2026 18:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri