Icma.az
close
up
RU
Azərbaycanın gələcəyə hesablanmış uğurlu enerji siyasəti

Azərbaycanın gələcəyə hesablanmış uğurlu enerji siyasəti

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan son illərdə enerji sektorunda yalnız ixracatçı deyil, həm də etibarlı strateji tərəfdaş kimi tanınır. 

Prezident İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər də bu reallığın mühüm təsdiqidir. 

Azərbaycanın İtaliya və Çinlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi təkcə iqtisadi yox, həm də geosiyasi baxımdan önəmlidir. Bu iki ölkə ilə bağlanan bəyannamələr və çoxşaxəli əməkdaşlıq istiqamətləri göstərir ki, Bakı öz enerji strategiyasını sadəcə qaz satışına yox, geniş əməkdaşlıq çərçivəsində qurur. 

Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldur. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı “etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı” kimi tanıyır. Bu status ani nəticə deyil. 

Prezidentin də qeyd etdiyi kimi, əldə edilən uğurlar düşünülmüş siyasət və proqramlar əsasında mümkün olub. Eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsinə keçidi sadəcə ekoloji məqsəd daşımır. 2030-cu ilə qədər 6500 meqavatlıq bərpaolunan enerji istehsal potensialı həm daxili istehlakın sabitliyinə, həm də ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Bu yanaşma Azərbaycanın təkcə bu gününü deyil, gələcəyini də planladığını göstərir. 

"Cebheinfo.az"-a açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı çıxışı bir daha ölkəmizin təkcə enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyində aparıcı oyunçulardan biri olduğunu göstərdi: 

"Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bu gün Avropaya etibarlı tərəfdaş, enerji ixracatçısı və strateji bağlayıcı kimi töhfə verir".

 Millət vəkili qeyd edib ki, Azərbaycanın İtaliya və Çin kimi dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıq formatı bu enerji diplomatiyasının nə qədər uğurlu şəkildə qurulduğunu göstərir: 

"Bu gün İtaliya Avropa İttifaqında enerji təhlükəsizliyi sahəsində birinci sırada qərarlaşıb. 

Təsadüfi deyil ki, artıq Almaniya və Fransanı bu sahədə geridə qoyub. Bu mövqeyin arxasında isə məhz Azərbaycanla olan sıx enerji tərəfdaşlığı dayanır. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri İtaliyaya qədər uzanır və oradan Avropanın dərinliklərinə enerji paylanır. Bir zamanlar Rusiya ilə enerji əməkdaşlığı çərçivəsində Almaniya “Nord Stream” layihələri vasitəsilə Avropanın əsas enerji mərkəzinə çevrilmişdi. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Almaniyanın bu mövqeyi zəifləyib. 

Fransa isə əsasən özünü atom elektrik stansiyaları vasitəsilə təmin edir, lakin bu, regional enerji təhlükəsizliyi üçün yetərli deyil. İtaliya isə Azərbaycanla qurulan əlaqələr nəticəsində həm enerji habı, həm də paylayıcı ölkə kimi Avropa enerji bazarında önə çıxıb. Bu da Azərbaycanın diplomatik baxımdan nə qədər strateji və uzaqgörən bir xətt yürütdüyünü göstərir".

Çinlə münasibətlərə toxunan Tural Gəncəliyev bildirib ki, uzaq Çin ilə Avropanın qovşağında yerləşən İtaliya arasında qlobal ticarət və enerji dəhlizlərinin mühüm halqası məhz Azərbaycandır: 

"Çin üçün alternativ marşrut kimi formalaşan Orta Dəhliz, yəni Azərbaycan üzərindən keçən quru və enerji yolları hazırda həm logistik, həm də enerji təhlükəsizliyi baxımından əsas prioritetlərdən sayılır. 

Azərbaycanın həm İtaliya, həm Çinlə münasibətlərinin yüksək səviyyədə olmasının arxasında məhz bu enerji və logistik bağlayıcılıq faktoru dayanır. Bu gün Bakı həm nəqliyyat, həm enerji infrastrukturunda regionun ən sabit və etibarlı aktoruna çevrilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əldə etdiyimiz nəticələr düşünülmüş siyasət və strateji proqramlar əsasında mümkün olub. 

Eyni zamanda, Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətində yaşıl enerji də prioritetlər sırasındadır. COP29 ərəfəsində Azərbaycan bərpa olunan enerji sahəsinə - külək, günəş, hidroenerji mənbələrinə böyük investisiyalar yönəldib. Lakin reallıq odur ki, hazırda dünyada hökm sürən geosiyasi qeyri-sabitlik şəraitində ənənəvi enerji resursları hələ uzun müddət əsas rol oynamaqda davam edəcək. 

Bunu təkcə Rusiya-Ukrayna, İran-İsrail münaqişələri deyil, həm də alternativ enerji istehsal edən regionlarda müşahidə olunan sabitliyin olmaması təsdiqləyir. Belə bir şəraitdə Azərbaycan həm neft və qaz ixracatçısı, həm də gələcəyin enerji daşıyıcısı olan bərpa olunan enerji sahəsində strateji aktor olaraq öz mövqeyini daha da möhkəmləndirir. 

Xəzər dənizindən külək enerjisi, Böyük Qafqazın günəş və hidroresursları, Naxçıvanın enerji potensialı və bu enerji mənbələrinin Avropaya çıxarılması istiqamətində planlar – bütün bunlar Azərbaycanın enerji xəritəsindəki vacibliyini daha da artırır. 

Qeyd etmək lazımdır ki, dünya üzrə Hörmüz boğazı kimi strateji keçidlərin belə təhlükə altına düşdüyü bir dövrdə Cənub Qaz Dəhliz, Transxəzər boru kəməri, Orta Dəhliz kimi Azərbaycan mərkəzli marşrutlar bəlkə də yeganə sabit və təhlükəsiz enerji yolları kimi qalır. Bu isə Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda enerji təhlükəsizliyinin aparıcı dayağına çevrildiyini sübut edir”.

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: enerji siyasət “8 Noyabr” Elektrik Stansiyası Tural Gəncəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri